SİYASƏT
Əli Həsənov: Azərbaycan-Gürcüstan münasibətlərinin bütün tərəfləri müzakirə olunacaqdır
Bakı 26 dekabr (AZƏRTAC). Gürcüstanın Baş naziri ilə Azərbaycan-Gürcüstan münasibətlərinin bütün tərəfləri müzakirə olunacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 26-da Gənclər Fondunun birilliyi münasibəti ilə keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.
Ə.Həsənov bildirmişdir ki, Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək görüşlərdə qonşuluq əlaqələri, strateji münasibətləri şərtləndirən enerji sahəsində əməkdaşlıq, bir çox beynəlxalq layihələrdə birgə iştirakı və bir çox digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da yüksək səviyyədə davam edəcəyini bildirən Ə.Həsənov iki dövlət arasında seçilmiş kursun qonşuluq münasibətlərini və xalqlarımızın mənafelərini əks etdirdiyini diqqətə çatdırmışdır.