Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Emin Hacıyev: Biz Sankt-Peterburqdakı SZKEO nəşriyyatının Azərbaycandan üzr istəməsini tələb edirik

Moskva, 10 yanvar, AZƏRTAC

“Rusiya Federasiyası Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində, o cümlədən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla, onun ərazi bütövlüyünü tanıyır. Rusiya qondarma “DQR”in “müstəqilliyini” heç vaxt tanımayıb, ona maliyyə köməyi və siyasi dəstək göstərməyib. Rusiya və Azərbaycan sərhədlərin qarşılıqlı tanınması prosesini başa çatdırıblar”.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvadakı “Çitay qorod” kitab mağazalarında sərbəst satışda olan “Stranı mira” (“Dünya ölkələri”) ensiklopediyasında “DQR” haqqında da məqalə olması barədə informasiyanı şərh edərək deyib.

E.Hacıyevin sözlərinə görə, cəsarətlə demək olar ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər 2000-ci illərdən başlayaraq yeni mərhələyə keçıb. Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulmuş qarşılıqlı münasibətlərə əsaslanan bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında uğurla həyata keçirilir. İki ölkənin liderləri vaxtaşırı görüşür, həm regionda, həm də dünyada baş verən proseslərin çoxuna baxışların oxşar olmasını qeyd edirlər.

RAGB nümayəndəsi deyib: “Bəzi üçüncü qüvvələrin istəyinə rəğmən, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. İki ölkə arasında humanitar əməkdaşlığı xüsusi qeyd etmək istərdim. 2007-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi fəaliyyət göstərir. Fondun Rusiyadakı nümayəndəliyinin əsas vəzifələrindən biri mədəni-mənəvi sahədə qarşılıqlı anlaşmanı möhkəmləndirməkdir. 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edilməsi əlamətdar hadisə oldu. Ölkələrimizin gənclərinin inteqrasiyasına yönəlmiş tədbirlər - hər il həyata keçirilən gənclər mübadiləsi, forumlar və layihələr, heç şübhəsiz, xalqlarımız arasında gələcəkdə də yaxşı münasibətlərin rəhnidir. Milli mənsubiyyətindən asılı olmayaraq istedadlı gənclərin dəstəklənməsi üçün maksimum səy göstərən Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-nin rolu ən yüksək qiymətə layiqdir. Azərbaycan çoxsaylı rusiyalılar üçün sevimli istirahət yerinə çevrilib. Ölkəmizə səfər edən bu insanlar Azərbaycanın sürətli inkişafı və bənzərsiz gözəllikləri ilə yanaşı, bu diyarda Rusiyaya, rus dilinə xüsusi hörmət bəslənməsini qeyd edirlər. Bizi sevindirən müsbət faktlar belədir”.

E.Hacıyev daha sonra deyib: “Təəssüf doğuran bir neqativ fakt da var ki, onun barəsində susmaq olmaz. Məlum olub ki, Sankt-Peterburqdakı SZKEO nəşriyyatında çapdan çıxmış böyük illüstrasiyalı ensiklopediyada tanınmamış “Dağlıq Qarabağ Respublikası” haqqında informasiya yer alıb. Kitabın annotasiyasında qeyd edilir ki, bu ensiklopediyada Yer kürəsinin bütün ölkələri barədə ən yeni məlumatlar toplanıb. “DQR”in təsviri heç kəs tərəfindən tanınmamış bu qondarma separatçı qurumun paytaxtı, dövlət dili, ərazisi, əhalisinin sıxlığı və pul vahidi barədə məlumatdan başlanır. Bundan əlavə, kitabda qondarma “DQR”in internet domeni və telefon kodu, “bayrağı”nın və “gerbi”nin təsviri verilir. Həmin bölmədə bir sıra başqa məlumat da təqdim edilib. Təbii ki, bu informasiya Qarabağ separatçılarının nöqteyi-nəzərini əks etdirir və yalandır. Qarabağ separatçıları ən müxtəlif provokasiyalar üçün hər bir imkandan istifadə edirlər. Bizi ən çox hiddətləndirən odur ki, bu hərəkət qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə əsla uyğun gəlmir”.

E.Hacıyevin fikrincə, bu kitab özəl mətbəə tərəfindən buraxılıb və onu rəsmi Moskvanın nöqteyi-nəzəri kimi qiymətləndirmək olmaz. Çox ehtimal ki, bu, erməni tərəfin bayağı provokasiyasıdır və kitabın naşirlərinə “DQR” haqqında yalan informasiya təqdim ediblər, halbuki hətta Ermənistan da “DQR”in müstəqilliyini tanımağa cəsarət etmir. Lakin nəşriyyatın ləyaqəti, sanbalı məhz onda ifadə olunur ki, o, provokasiyaların yayıcısı kimi istifadə edilməsinə imkan verməməlidir.

E.Hacıyev vurğulayıb: “Bununla əlaqədar biz Sankt-Peterburqdakı SZKEO nəşriyyatından Azərbaycandan üzr istəməsini, ensiklopediyanın bütün tirajını satışdan çıxarmasını, gələcəkdə onu yenidən, lakin qondarma “DQR” barədə informasiya daxil edilmədən nəşr etmək hüququ əldə etməsini tələb edəcəyik. Bu, hər bir azərbaycanlı üçün, onun hansı ölkədə yaşamasından asılı olmayaraq, çox həssas məsələdir. Bu məsələ, əlbəttə, bizim hamımızın ikinci Vətən hesab etdiyimiz Rusiyanın böyük Azərbaycan diasporu üçün də həssas məsələdir. Məhz bu səbəbdən, biz Rusiyanın bu və ya digər formada hər hansı provokasiyalara cəlb edilməsinin əleyhinəyik. Xüsusən ona görə ki, Rusiya məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır