Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilər ATƏT-in Minsk qrupunun həmsədrinin sözlərini yenə də öz bildikləri kimi interpretasiya etmişlər

Bakı, 18 fevral (AZƏRTAC). ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Twitterdə”ki mikrobloqunda yazmışdır: “Yunan və türk əsilli kiprlilər bildirmişlər ki, nizamasalma üzrə tam formatlı danışıqlara başlayırlar. Nə üçün eyni şey Dağlıq Qarabağ barəsində baş verməsin?”.

Bu, heç kəsdə təəccüb doğurmayan tamamilə normal bir bəyanatdır. Lakin elə həmin gün Ermənistanın “Panorama.am” nəşri oxucuları (ilk növbədə yəqin ki, Uorlikin özünü) aşağıdakı sərlövhəli məlumatla şoka salmışdır: “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və DQR arasında tam formatlı danışıqların bərpa olunmasına tərəfdardır” (bax: http://www.panorama.am/ru/politics/2014/02/13/osce/?sw).

Azərbaycanın işğal olunmuş hissəsində oyuncaq rejimin nümayəndələrindən biri David Babayan demişdir ki, “DQR”-in Qarabağ nizamasalması üzrə danışıqların bütün mərhələlərində iştirakı olmadan həmin tərəqqinin səmərəliliyindən danışmaq qeyri-mümkündür” (orfoqrafiya saxlanılmışdır - bax:http://www.panorama.am/ru/region/2014/02/14/babayan/).

İşğal olunmuş Qarabağda mənəm-mənəmlik iddiasında olub özlərini “dqr-in xarici işlər nazirliyi” adlandıran bir qrup adam C.Uorlikin mikrobloqundakı yazını yetərincə orijinal şəkildə dəstəkləmişdir: “biz səfir Ceyms Uorliklə razıyıq ki, Dağlıq Qarabağın birbaşa iştirakı ilə tam formatlı danışıqların bərpası üçün vaxt gəlib çatmışdır”. Bu adamlar C.Uorlikin məlumatında “bərpası” sözünün olmamasından əsla utanmamışlar.

“Bakı-Xankəndi” bağlılığı ilə türk və yunan əsilli kiprlilər arasında paralellər görən politoloq Karen Bekaryan da bəyanatı təqribən eyni ruhda şərh etmişdir: “Danışıqlarda özləri iştirak etməyən insanların taleyindən danışmaq ən azı mənəviyyatsızlıqdır” (bax: http://armenpress.am/rus/news/750213/politolog-nadeetsya-chto-zayavlenie-dzheiymsa-uorlika-voplotitsya.html). HANSI insanların taleyi və danışıqlarda KİMLƏR iştirak etmir?

Bax, burada erməni şərhçilərin ya görmə qabiliyyətinə, ya da oxuduqlarını adekvat təhlil etmək bacarığına şübhə yaranır. C.Uorlik Kiprin iki icmasını təsadüfən nümunə gətirməmişdir. Onlar orada çiyin-çiyinə yaşamalıdırlar. Bu, onların ümumi vətənidir! Heç şübhəsiz, danışıqların tam formatından danışarkən, hətta Karen Bekaryanla razılaşmamaq mümkün deyil: həqiqətən, söhbət Dağlıq Qarabağda yaşamış və YAŞAYACAQ insanların - ermənilərin və azərbaycanlıların taleyindən, Kiprin yunan və türk icmaları kimi iki icmadan gedir. Onlar ümumi doğma diyarlarının taleyini danışıqlar vasitəsilə həll edə bilərlər və etməlidirlər. Vasitəçilərin hər bir təkliflər paketində, beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinin hər birində Azərbaycan icmasının Dağlıq Qarabağa qaytarılması tələbi yer almışdır. Ermənilərdən başqa heç kim bu obyektiv zərurətlə razılaşmaqdan imtina etmir. Odur ki, ikiicmalı Kipr və Qarabağ arasında paralel yalnız iki icma arasında qanunauyğundur. Axı, Nikosiya Ankara ilə, özü də kiprli türklər olmadan təkbətək heç bir danışıq aparmır! Kiprdə danışıqlar iki icma arasında gedir. Ada onların ümumi evidir. Qarabağla hər hansı paralel məhz iki icma arasında birbaşa əlaqələr kontekstində qanunauyğundur. Axı, Kipr barəsində “təyini müqəddərat” və adanın Türkiyədən, yaxud Böyük Britaniyadan “müstəqillik əldə etməsi” məsələsi qoyulmur. Doğrudur, hər iki halda - həm Kiprdə, həm də Qarabağda beynəlxalq birlik xarici qoşunların (müvafiq olaraq Türkiyənin və Ermənistanın hərbi bölmələrinin) çıxarılmasını tələb edir və Nikosiya-Ankara, yaxud Xankəndi-Bakı formatında deyil, iki icma arasında birbaşa əlaqələri təşviq edir.

Bekaryan haqlıdır: həmsədrlər zaman-zaman təkcə Bakıya və Yerevana deyil, həm də Xankəndinə gedirlər. Hərçənd, həmişə yox. Lakin indiyədək həmsədrlərin bu üç şəhərə səfərlərinin proqramlarına onların Qarabağ erməniləri ilə bərabər, Bakıda Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbərləri ilə görüş daxil edilmişdir. Bekaryan ya bunu bilmir, ya da bilərəkdən susur.

Bekaryan belə bir məsələdə də haqlıdır: həmsədrlər başa düşürlər ki, qarabağlılarla görüşmədən sülh prosesinin uğuruna ümid bəsləmək sadəlövhlükdür. Məhz bu səbəbdən onlar hər iki icmanın - Xankəndidə erməni icmasının, müvəqqəti Bakıda olan Azərbaycan icmasının rəhbərləri ilə görüşürlər. Azərbaycanlıların Qarabağa qayıtmalarını istisna etsəydilər, yaxud Qarabağı ikiicmalı vahid kimi nəzərdən keçirməsəydilər, Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşərdilərmi?! Ritorik sualdır. Lakin Qarabağ icmaları ilə görüşlər heç vaxt Bakı-Yerevan səviyyəsinə çatdırılmamış, bu iki paytaxtla eyni səviyyəyə qoyulmamışdır. Heç vaxt!

Bekaryan yazır: “Belə bəyanat açıq şəkildə verilirsə, danışıqlar masası arxasında nələr baş verdiyi barədə düşünmək vaxtıdır”. Həqiqətən də belədir! Bako Saakyanın azərbaycanlı həmkarı Bayram Səfərovla birbaşa əlaqələrdən qorxaqcasına qaçmasına son qoymaq vaxtı gəlib çatmayıbmı? Axı, amerikalı həmsədr açıq mətnlə Kiprdəki iki icma kimi tam formatda danışıqlara çağırır.

Azərbaycan icması Qarabağın Kiprlə hər hansı müqayisəsini yalnız alqışlaya bilər. Məlumdur ki, Dağlıq Qarabağın qəti hüquqi statusu ilə bağlı səsvermə barədə maddəni ehtiva edən Madrid prinsipləri səsvermənin harada, nə zaman və kimlər arasında aparılacağının detallarını konkretləşdirməmişdir. Yəni sənəd müxtəlif şərhlərə geniş meydan açmışdır. Amerikalı həmsədrin etdiyi müqayisə, nəhayət, dumanı bir qədər dağıtmışdır. Axı məlumdur ki, yunan və türk icmaları Kiprin gələcəyini iki müstəqil referendumun gedişində həll etmişdilər. Bir çox tanınmış ekspertlər Kipr kimi ikiicmalı olan Qarabağa da məhz bunu təklif etmişdilər. Qarabağın Kiprlə müqayisə olunması təxmin etməyə imkan verir ki, Qarabağda gələcək səsvermə Kiprdəki kimi, hər bir icma üçün müstəqil keçiriləcəkdir və hər iki icma - hər biri ayrı-ayrılıqda Azərbaycandan müstəqillik əldə etməyə səs versə, deməli, elə belə də olmalıdır. Lakin icmalardan biri Qarabağın Azərbaycanın tərkibində saxlanılmağına səs versə, deməli, həmin diyarın Azərbaycanın tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmış indiki statusu dəyişməyəcəkdir.

Buna görə də Qarabağ azərbaycanlıları Ceyms Uorlikin öz mikrobloqunda yazdıqlarını yalnız alqışlaya bilərlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

Avropa İttifaqı ölkələri Təbiətin bərpa edilməsı haqqında Qanunu dəstəkləməyə çağırıb

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

Premyer Liqa: "Çelsi" və "Mançester Yunayted" komandaları turu qələbə ilə bitirib

Bakıda mağazada baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Atmosferdə karbon dioksid daha sürətlə toplanmağa başlayıb

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 9-cu görüşünün yekunları üzrə mətbuat açıqlaması

Kolumbiyanın Xaveriana Universitetində ölkəmizlə bağlı təqdimat keçirilib

Almaniyada rezonans doğuran iş üzrə hökm elan olunub

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib YENİLƏNİB

® “Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib

Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB

Milli Oftalmologiya Mərkəzi BDU-da tibbi aksiya keçirəcək

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycandakı laboratoriyaların şəraitini yüksək qiymətləndirib

Ermənistan daxilindəki qüvvələr dərk etməlidirlər ki, imtina, qarşıdurma, eskalasiya yolu artıq öz gücünü çoxdan itirib – ŞƏRH

Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm

Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb

Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir

“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni təşəbbüslərin təqdimatı keçirilib

Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib

Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Türkiyə Prezidenti Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədrini qəbul edib

Azərbaycan və Belarus nəqliyyat daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib

Qəbələdə keçirilən əmək yarmarkasına 12 müəssisədən 200 vakansiya təqdim edilib

Belarusun 60 illik yaşı olan müəssisəsi Azərbaycan ilə sıx əməkdaşlıq edir

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb

Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub

DYP və AYNA taksi sürücülərinə qarşı reyd keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək

Mayın 20-dən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Prezident Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Ayxan Abbasov Niderlandın tanınmış klublarının düşərgəsində olub

Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda nəzəri–praktiki tədbir keçirib

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub VİDEO

AQTA sədri: Ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupu yaradılıb

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub

ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Türkiyədə “Tıq-tıq xanım” və “Keçinin qisası” tamaşaları nümayiş olunub

DİM: 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Metroda sərnişinin halının pisləşməsi qatarın hərəkətində gecikməyə səbəb olub

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır

“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması

Hakan Fidan ilə Antoni Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər

“Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına

Coğrafiyaşünas alim: Süni torpaq sahələrindən Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğun olaraq istifadə edilməlidir

Azərbaycan İƏT-in gənc diplomatlar forumunda iştirak edir

Mütəxəssis: Yeniyetmələrdə hamiləlik zamanı fəsadların yaranma riski artır

Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir VİDEO

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Şəhid Ənvər Tağıyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

ADPU-da professor Hyun Sook Tekinin konserti və elmi seminarı keçirilib

Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər

Slovakiyanın Baş naziri güllə yarası alıb VİDEO

® “Leobank” və “Visa” Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

İqor Ponomaryov: Son iki oyun üçün mükafata belə, ehtiyac yoxdur

İsveçdə aparılan araşdırmada xərçəngin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib

Ədəbiyyat Muzeyində Salman Mümtazın ekspozisiyasının açılışı olub

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində təmir işlərinə başlanılır

Qarabağ separatçılarının həbs müddəti uzadılıb

Azərbaycan ilə Gürcüstan arasında enerji əlaqələrinin geniş spektri müzakirə edilib

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir ŞƏRH

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb

Günəşdə son on il ərzində ən güclü partlayış olub

Mixail Qaluzin: Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmasını alqışlayır

“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib

Azərbaycan məhsulları “Russia Halal Мarket” yarmarkasında təqdim olunub

Naxçıvanda “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur VİDEO

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

Şərqşünaslıq İnstitutunda Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

Yevlaxda hüquqpozmalara qarşı tədbirlər keçirilib, 200 inzibati protokol tərtib olunub

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib

Yanğın təhlükəsizliyi ilə bağlı Ağdamda regional müşavirə keçirilib

ƏƏSMN: Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi dövlət himayəsində yaşayır

FHN: Qəbələ rayonunun bəzi kəndlərində subasmanın qarşısı alınıb

Həkim-metodist: Erkən nikahı qadağan edən qanunlara baxmayaraq Azərbaycanda bu hallar istisna deyil

Azərbaycan Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi ilə bağlı Xüsusi Komitənin tədbirində təmsil olunur VİDEO

AQTA-nın sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib

BDU-da elmi seminar: Qərbi Azərbaycan folkloru haqqında informasiya resursları

Azərbaycanın 3 boksçusu Rusiyadakı turnirin yarımfinalına vəsiqə qazanıb

Baş direktor “IDEB 2024” sərgisində iştirak edir

Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir

Şeyxülislam Lissabonda Qlobal Forumda Azərbaycanın multikulturalizm siyasətindən danışıb