Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər sonradan öz müəllifliyinə görə xəcalət çəkmiş yazıçının kitabının piar aksiyasını keçirmişlər

Bakı, 5 fevral (AZƏRTAC). Ermənilərə qulluq edən REGNUM informasiya agentliyi məşhur avstriyalı şair, romanlar və dramlar müəllifi Frans Verfelin “Musa dağında qırx gün” kitabının növbəti piar aksiyası barədə məlumat vermişdir (bax: http://regnum.ru/news/1758812.html). Moskvadakı Millətlər Evində “Ararat” erməni mədəni-maarif cəmiyyəti tərəfindən təşkil edilmiş gecə “Erməni soyqırımının tanınması işində Frans Verfelin igidliyi” adlanırdı. Tədbir Verfelin qalmaqallı məşhur romanının çapdan çıxmasının 80 illiyinə həsr edilmişdi. Hərçənd, müəllif bu kitabı yazdığına görə, ömrünün son illərində xəcalət çəkirdi (bu barədə bir qədər sonra).

Agentliyin məlumatında çoxlu qeyri-dəqiqliklər və qəsdən yol verilmiş saxtakarlıqlar vardır. Məsələn, həmin məlumatda deyilir ki, Osmanlı imperiyasının bütün digər erməni əhalisi kimi Suyetiyanın sakinləri olan ermənilər də (təxminən 5 min nəfər) köçürülməli və məhv edilməli idi”. Köçürülmə məsələsi düzdür, lakin “Aram Andonyanın sənədləri” (“Tələtin teleqramları”) nəzərə alınmasa, hərçənd bu sənədlərin saxtalaşdırılması faktı tamamilə sübut edilmişdir, indiyə qədər heç kəs heç bir sənədli sübut göstərə bilməmişdir ki, Osmanlı imperiyasının bəzi rayonlarından (yəni heç də bütün rayonlarından yox!) müharibə şəraitində öz dövlətinə loyal münasibət bəsləməyən, qiyam etmiş və düşmən tərəfə keçmiş qiyamçı erməni əhalini məhv etmək niyyəti olmuşdur.

Məlumatda daha sonra deyilir ki, Frans Verfel bu hadisənin öyrənilməsinə bir neçə il vaxt sərf etmişdir, guya o, dəfələrlə Musa dağında olmuş, müdafiə iştirakçıları ilə görüşmüşdür. Lakin məlumdur ki, müəllif Musa dağı ətrafında baş vermiş hadisələrin tarixini heç vaxt ətraflı öyrənməmiş və heç vaxt o yerlərdə olmamışdır. Robert Koçaryana məxsus olan və Vigen Akopyan tərəfindən idarə edilən informasiya agentliyi - erməni təbliğat-təşviqat maşınının ruporu bu kitabın Moskvada keçirilmiş piar-aksiyasını təmtəraqlı ibarələrlə işıqlandırmış, lakin bir faktı oxuculardan gizlətmişdir ki, Verfel bu romanı öz dostu, tamamilə etibar etdiyi, Vyanadakı erməni kilsəsinin yepiskopunun söylədiklərinə əsasən yazmışdır. Həmin yepiskopun ona inanan yazıçıya nələr söylədiyini güman etmək çətin deyil.

Bu yerdə istər-istəməz Birinci Dünya müharibəsi illərində ABŞ-ın Osmanlı imperiyasında səfiri olmuş Henri Morqentaunun elə həmin Aram Andonyanın (yeri gəlmişkən, onun qohumu Akop Andonyan Morqentaunun köməkçisi vəzifəsində işləyirdi) saxta “Tələtin teleqramları” əsasında və tərcüməçi Arşak Şmavonyanın köməyi ilə yazılmış “Səfir Morqentaunun hekayəti” əsəri ilə analogiya yaranır. Verfel kimi Morqentau da öz kitabında təsvir edilən hadisələrin baş verdiyi regiona bir dəfə də olsa getməmiş, yalnız onun erməni köməkçisinin və tərcüməçinin ona təqdim etdiyi materiallara əsaslanmışdır. Bunu başa düşmək çətin deyil ki, belə bir əhatədə yazılmış kitaba qiymət verərkən oradakı hər bir sözü on dəfə süzgəcdən keçirmək lazımdır.

1989-cu il oktyabrın 11-də Kaliforniyanın yüz yaşlı sakini, sefardimli ravvin və hüquqşünas Albert Amateu notarius Vedni O’Stenin ofisinə gəlmiş və and içərək 10 səhifəlik yazılı ərizə təqdim etmişdir (bax: http://www.sephardicstudies.org/aa3.html). Amateu həmin ərizəsində bildirir ki, o, 1889-cu il aprelin 20-də Milas şəhərində (Türkiyə) anadan olmuşdur. O, Osmanlı imperiyasında yaşadığı və təhsil aldığı illəri, canlı şahidi olduğu hadisələri, ermənilər tərəfindən terror aktları hazırlanmasını, onların qadağan edilmiş partiyalarda və təşkilatlarda iştirakını, bir sıra başqa məsələləri təsvir etmişdir. Lakin bu günlərdə Moskvada keçirilmiş şübhəli tədbirlə əlaqədar biz Amateunun notarial qaydada təsdiq edilmiş ərizəsindən aşağıdakı çıxarışı təqdim etməyi vacib sayırıq:

“Vyanalı dostum, yazıçı Frans Verfel Osmanlı imperiyasında ermənilərin qətlə yetirilməsinin tarixi haqqında “Musa dağında qırx gün” adlı kitab yazmışdır. Bu əhvalatı ona dostu, Vyanadakı erməni yepiskopu danışmışdır. Verfel ona etibar edirdi və yepiskopun söylədikləri onda şübhə doğurmurdu. O, haqqında yazdığı məsələləri öyrənməmişdir. Uzun illərdən sonra, qərəzsiz tarixçilərin tədqiqatları Musa dağı haqqında elə həqiqətlər və real faktlar aşkar etmişlər ki, bunları hətta ermənilər də təsdiq etməmişlər. Onda Verfel başa düşmüşdür ki, yepiskop dostu onu aldatmış, ona uydurma əhvalatlar söyləmişdir. Verfel mənə etiraf etmişdir ki, Osmanlıları təcavüzdə və terrorizmdə ittiham etdiyi kitab yazdığına görə, peşmandır və xəcalət çəkir.

HƏQİQƏT:

Türkiyədəki Ərzurum ətrafındakı kəndlərin sakinləri olan əlli min erməni qeyri-leqal şəkildə Musa dağına dırmaşmış, özləri ilə kifayət qədər silah, sursat, yemək və su ehtiyatı götürmüşdülər ki, günlərlə davam edə biləcək mühasirəyə dözə bilsinlər. Bundan əvvəl onlar o vaxta qədər yaxşı münasibətlərdə olduğu yüzlərlə həmvətənlərini, türk və yəhudi millətindən olan qonşularını girov götürmüşlər. Ermənilər bu adamların hamısını yalnız ona görə soyuqqanlılıqla öldürmüşlər ki, bu adamlar yəhudi və müsəlman idilər. Silahlı erməni dəstələri hər gecə bu dağdan enir və rus işğalçılarına qarşı müxtəlif cəbhələrdə vuruşmuş Osmanlı və alman əsgərlərinə arxadan zərbə vururdular. Bu, Birinci dünya müharibəsinin lap əvvəlində baş vermişdi və rusların məxfi planının bir hissəsi idi. Ruslar həmin əməliyyatların həyata keçirilməsini Erməni İnqilabi Federasiyasına (EİF Daşnaksutyun - AZƏRTAC) tapşırmışdılar.

Türklər çaşıb qalmışdı. Hücuma keçən ermənilər qısa müddətdə gözdən itirdi. Əvvəlcə Osmanlılar ermənilərin izinə düşə bilmədilər, nəhayət onlar başa düşdülər ki, hücum edənlər Musa dağında gizlənirlər. Bu dağ Osmanlılar üçün alınmaz qalaya çevrilmişdi, buna görə də onlar qalanı mühasirəyə almağı qərara aldılar və 40 gün gözlədilər. Nəhayət ermənilər məğlub olduqlarını etiraf etdilər və silahı yerə qoydular. Lakin Osmanlılar dağa qalxanda ora artıq boş idi. Ermənilərin əsas hissəsi dağın o biri tərəfindən enmiş, oradan Aralıq dənizinə yol tapmışdılar. Ermənilər oradan fransız və ingilis hərbi dənizçilərinə siqnal vermiş, dənizçilər onları özləri ilə götürərək britaniyalıların nəzarəti altında olan Misirdə İsgəndəriyyə limanına çatdırmışdılar. Sayı 500 nəfərdən az olan dəstə Osmanlılara təslim olmuşdu.

Yepiskop bu əhvalatı Verfelə söyləyərkən demişdi ki, guya 50 min nəfər ələ keçirilmiş və məhv edilmişdir. Lakin 1915-ci il hadisələrinin qurbanlarının sayının guya 1,5 milyon olması kimi bu rəqəm də uydurmadır. Əgər həmin müharibə zamanı 1,5 milyon erməni həyatını itirmiş olsa belə, onlar Osmanlı imperiyasına qarşı könüllü surətdə müharibə yolu seçmiş əsgərlər kimi həlak olmuşlar, halbuki bu imperiya onlara ləyaqətlə və insafla münasibət bəsləyirdi. Həlak olan ermənilər rusların, müttəfiqlərin və öz erməni liderlərinin aldatdığı qurbanlar olmuşdur. Bir neçə min erməni isə çox güman ki, özlərinin pozucu fəaliyyəti ucbatından köçürülmə zamanı qırılmışdır.

Bu həqiqəti cəmiyyət üçün açıqlamaqla və öz ev ünvanımı göstərməklə başa düşürəm ki, ermənilər məni dinc buraxmayacaqlar, mən özümü necə riskə məruz qoyduğumu bilirəm. Məni artıq yazılı şəkildə və telefon vasitəsilə hədələmişlər. Lakin həqiqəti söyləmək lazımdır.

Mən Osmanlı imperiyasında doğulmuş, 1910-cu ildə oradan mühacirət etmiş və sonra heç vaxt oraya qayıtmamış bir insan kimi bunları deməliyəm:

1) Mən heç vaxt Türkiyə hökumətinin hər hansı tərkibinə qulluq etməmişəm və onlardan haqq almamışam;

2) İstər indi, istərsə də əvvəllər Türkiyədə heç bir maliyyə və biznes marağım olmamışdır;

3) Mənim valideynlərim İkinci Dünya müharibəsi başlayandan əvvəl vəfat etmişlər. Mənim bacım və qaynım Rodos adasında yaşayırdılar, onlar hitlerçi nasistlər tərəfindən tutulmuş və öldürülmüşlər. Mənim Türkiyədə heç bir qohumum və dostum yoxdur. Aşkardır ki, mənim riskə getməyim üçün təmiz vicdanımdan və vətənimə sevgi üzündən həqiqəti söyləmək borcumdan başqa heç bir motiv yoxdur”.

1996-cı il fevralın 29-da Albert Amateu öz evində 106 yaşında vəfat etmişdir (http://www.sephardicstudies.org/aa.html). Bu mərd və kristal kimi saf insanın, özünün uzaq vətəninin həqiqi patriotunun doğum günü və ölümünün ildönümü dünya yəhudiləri, dünya türkləri tərəfindən, eləcə də Birinci Dünya müharibəsi tarixinin ermənilər tərəfindən saxtalaşdırılmasına laqeyd olmayan tarixçilər tərəfindən geniş qeyd edilir.

Tarixdə erməni saxtakarları tərəfindən çaşdırılmış görkəmli insanların sonradan peşman olması halları çoxdur. Akademik Andrey Saxarov ömrünün son aylarında Azərbaycan dramaturqu Maqsud İbrahimbəyova etiraf etmişdi ki, o, ermənilərin güclü təsiri altında olmuş, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə onu düzgün məlumatlandırmamışlar. Aşkardır ki, o, öz arvadı Yelena Georgiyevna Bonneri (Lüsine Gevorkovna Alixanyanı), Yerevanın pulla ələ aldığı lobbiçi Qalina Vasilyevna Starovoytovanı və Ermənistandan tez-tez onun yanına səfər edən Silva Kaputikyanı və Zori Balayanı nəzərdə tuturdu. Razılaşın ki, belələrinin əhatəsində qərəzsizlik uçurumunun kənarında özünü saxlamaq və erməni mifləri uçurumuna yuvarlanmamaq çətindir.

Kim bilir, bəlkə də bir dəfə Birinci Dünya müharibəsi dövründə və sonrakı illərdə baş vermiş tarixi hadisələrin həqiqətinin digər hissəsinə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin mənbələrinə risk edib baxanlar ermənilər tərəfindən dinc türklərə, azərbaycanlılara, kürd-müsəlmanlara və Anadolu çərkəzlərinə qarşı törədilmiş dəhşətli cinayətlərin dərəcəsindən heyrətə gələcəklər. Hətta erməni məsələsinin bugünkü vəkilləri Vladimir Zaxarov, Vladimir Stupişin, Vladimir Kazimirov, Vladimir Solovyov, Vladimir Jirinovski, Karolayn Koks, Frantişek Mikloşko, bir sıra amerikalı siyasətçi və tarixçilərə də aiddir. Razılaşın ki, təkcə Henri Morqentaunun və Frans Verfelin əsərlərini, internetdə bir-iki saytı oxumaqla, sözün həqiqi mənasında sənədlər okeanı olan Osmanlı arxivlərində bir dəfə də olmadan (yeri gəlmişkən, Daşnaksutyun federasiyasının Bostondakı arxivlərindən fərqli olaraq Osmanlı arxivləri tədqiqatçılar üçün açıqdır) özünü “erməni məsələsi” üzrə “ekspert” hesab etmək gülüncdür. Bundan sonra özünü “tarixçi” adlandırmaq bütün ömrü boyu məsələn Yeni Zelandiyada yaşamaq və Rusiya tarixini yalnız qeyri-rus mənbələri əsasında öyrənmək, arxivlərində və kitabxanalarında onun tarixinə dair materialların əsas hissəsinin saxlandığı ölkədə bircə dəfə olmamaq kimi gülməlidir. Bəs bu gün Türkiyə arxivlərində heç olmasa bircə gün işləmədikləri halda özlərini “erməni soyqırımı” məsələsi üzrə “mütəxəssislər” hesab edən müəlliflər nə qədərdir?

Həqiqi tarixçi o şəxs hesab edilir ki, o, mənbələrin bir qismini deyil, mövcud sənədlərin bütün kompleksini öyrənsin, onları tamamilə qərəzsiz mövqedən təhlil etsin, araşdırma müddətində özünün kimliyini, hansı ölkədə olmasını, hansı milliyyətə və dinə mənsub olmasını unutsun. Yalnız bütün mənbəşünaslıq kompleksinin öyrənilməsi və məsələyə peşəkar yanaşma şərti ilə siyasətdən uzaq, həqiqətən elmi obyektiv nəticələr çıxarmaq olar. Bəs, Birinci Dünya müharibəsi dövrünün faciəli hadisələri barədə əsərlər yazmış və yazan neçə tarixçini tədqiqatçıların bu kateqoriyasına aid etmək olar?

Axı, Osmanlı imperiyasının erməni əhalisinin üzləşdiyi təsvirəgəlməz əzabları heç kəs inkar etmir. Kütləvi qətllər, aclıq, xəstəliklər, köçürülmə - bütün bunlar tarixi faktdır, hətta Türkiyə tərəfi də bu faktı heç vaxt inkar etməmişdir. Lakin məsələnin bütün mahiyyəti ondan ibarətdir ki, həmin illərdə dünyanın həmin yerində dinc türk əhalisi də erməni dəstələrinin əli ilə bundan qat-qat artıq əzab-əziyyətə qatlaşmış, bundan qat-qat artıq insan öldürülmüşdür. Bu da təkzibedilməz tarixi faktdır və onu inkar etmək ayıbdır. Xronoloji baxımdan türklərin qətlə yetirilməsi ermənilərin qətlə yetirilməsindən əvvəl başlanmış və çox cəhətdən Türkiyə dövlətinin rəhbərləri tərəfindən qiyamçı erməni əhalinin cəbhə xəttindən uzağa köçürülməsi barədə dramatik qərar qəbul edilməsinə səbəb olmuşdur. Bu faktlardan birini deyib, o birini inkar etmək daha dəhşətlidir, bu nəinki əxlaqa ziddir, həm də cinayətdir. “Erməni soyqırımı” haqqında bütün əsərlərin qüsurlu cəhəti bundan ibarətdir.

“Soyqırımı” termininin həm ermənilərin, həm də türklərin qətlə yetirilməsinə tətbiq etməyin. Eləcə də ermənilər tərəfindən qurbanların statistikasında güclü şişirtmələri (məsələn, milyon yarım erməninin məhv edilməsi haqqında mifi) və digər saxtakarlıqları (məsələn, Hitlerin ermənilər haqqında demədiyi bir ifadəni yalandan ona aid etmək) təkzib edilə bilər və bunu etmək lazımdır. Bununla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü ilin dekabr ayında Doğu Perinçekin İsveçrəyə qarşı iddiası üzrə çıxardığı hökmdə tamamilə aydın mövqe ifadə edilmişdir: “Soyqırımı çox məhdud çərçivəli hüquqi anlayışdır, bu faktı müəyyən etmək çətindir”. Bu halda məhkəmə Birinci Dünya müharibəsi hadisələrinin erməni versiyasını Holokost ilə müqayisə etməyin yolverilməz olmasını vurğulamışdır, çünki erməni məsələsində Holokosta xas olan cəhətlər - soyqırımı törədilməsinin təkzibedilməz faktları və tribunalın müvafiq qərarı yoxdur (bax: http://www.1news.az/politics/20131219065837118.html).

Əks halda “erməni soyqırımı” terminini təkid edənlər silahlı erməni dəstələri tərəfindən bir neçə ay əvvəl Osmanlı imperiyasının dinc türk, kürd, azərbaycanlı və çərkəz əhalisinə qarşı törədilmiş “müsəlman soyqırımı” faktı ilə də razılaşmalı olacaqlar.

Yeri gəlmişkən, mülki əhaliyə qarşı zorakılıq aktlarını kimin birinci başlaması məsələsi barəsində Frans Verfelin kitabında bir kobud tarixi səhv vardır. Bu səhvin yaranmasına görə, müəllif yenə öz yepiskop dostuna “borcludur”: Van qiyamı mərkəzi hökumətin ermənilərin köçürülməsi haqda qərarına “cavab” kimi təqdim edilmişdir, halbuki məhz bütün Şərqi Anadoluda qiyam, erməni bandit dəstələrinin hökumətin hərbi dəstələrinə və konvoylara hücumları, dinc türk əhaliyə qarşı terror və digər iğtişaşlar, onların kulminasiyası kimi Vanda ermənilərin üsyanı və türkləri qılıncdan keçirməsi, bunun ardınca şəhərin açarlarının hücuma keçən rus ordusuna verilməsi Osmanlı dövlətinin rəhbərlərini ermənilərin Suriyaya köçürülməsi barədə heç də sadə olmayan qərar qəbul etməyə vadar etmişdi.

Yəhudi mənşəli digər Avstriya yazıçısı Erik Fayql (1931-2007) Verfelin işində başqa saxtakarlıqlar da aşkar etmişdir. Məsələn, o yazır ki, “Musa dağında qırx gün” kitabını yazarkən erməni Yepiskopun hekayətlərindən və Andonyanın saxta sənədlərindən əlavə Verfelin yəhudi dostu yazıçı İohannes Lepsiusun “Almaniya və Ermənistan” adlı işi də mənbə olmuşdur. Məlum olduğu kimi, İohannes Lepsius Camal Paşa obrazını müsbət təqdim etmişdir. Bu, Verfelin əsərində Osmanlı generalının qiymətləndirilməsində də öz əksini tapmışdır. Lakin Fayql Verfelin əsərinin alman dilində orijinalını onun ingilis dilinə tərcüməsi ilə müqayisə edərkən heyrətlə aşkar etmişdir ki, kitabın Nyu-York nəşrində (yəni ingiliscəyə tərcüməsində) Verfelin Camal Paşa haqqında müsbət fikir söylədiyi hissə çıxarılmışdır.

Fayql “Terror mifi. Erməni ekstremizmi: mənbələr və tarixi kontekst” (A Myth of Terror: Armenian Extremism: Its Causes and Its Historical Context) kitabında yazırdı: “Musa dağında qırx gün” kitabının Nyu-York nəşrində (Caroll Graf Publishers. New York, “Viking Penguin Inc.”in icazəsi ilə), bu parçanın çıxarılması açıq-aşkar sübut edir ki, erməni ekstremistlər öz vəzifələrinə ciddi yanaşırlar. Diqqətcil senzor Verfelin kitabında elə kupyuralar etmişdir ki, onlar tarixi obyektivliyə yaxınlaşma yolunda keçilməz maneəyə çevrilmişlər. Camal Paşa ilə bağlı halda, ermənilərə kömək etmək üçün insanın gücü çatacaq hər şeyi etmiş şəxsin qətlə yetirilməsinə haqq qazandırmaq üçün lazım gəlmişdir”.

Təəccüblü deyildir ki, Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələri yaxşı öyrənmiş Fayql bu hadisələrin səbəb-nəticə əlaqələrinin və xronologiyasının Verfel tərəfindən təhrif olunmasını da asanlıqla hiss etmişdir. Verfelin kitabının almanca orijinalında deyilir: “Türkiyə ilə qarşıdurma axtaran erməni dairələri Frans Verfelin “Musa dağında qırx gün” romanındakı zəif yerləri, xüsusən əlamətdar tarixi günlərlə bağlı yerləri yaxşı bilirlər. O, tarixi məlumatların toplanmasına bağışlanılmaz etinasızlıq göstərmiş və Van üsyanını köçürülmə haqqında əmrin elan edilməsindən dərhal sonra “başlamaqla” aşkar anaxronizmə yol vermişdir. Fayql elə oradaca Verfelin əsərinin ingiliscəyə nəşrində sonradan “təsadüfən çıxarılmış” etirafına diqqəti cəlb edir: “ağıllı dövlət heç vaxt səbəb ilə nəticə arasında seçim etməyə çalışmamışdır. Dünyanın qavranılmasında səhvlər və tənbəllik, müxtəlif dairələrin hakimiyyətə və oxucuların fikrinə təzyiq göstərməsi, onların arzu etdikləri stereotiplər bu məsələni həmişə təhrif edir və onu özlərinə lazım olduğu kimi görməyə məcbur edirdi”.

Fayql həmin sitatın buraxılması faktını belə şərh edir: belə güman etməliyik ki, ingiliscəyə tərcümədə bu parçanın üstündən xətt çəkmiş erməni senzor növbəti çıxarılmış parçanın konteksti ilə sıx əlaqədə olmasını bilirmiş: “Bəzi dairələrdə Van hadisələri haqqında hiddətlə yazmaq və daha artıq hiddətlə oxumaq mümkün idi. Ermənilər itkilərlə bağlı müharibəyə cəlb edilmiş Osmanlı millətinə qarşı üsyan etmiş və ruslarla birləşmişdilər. Beləliklə, ermənilərin məskunlaşdığı vilayətlər bu xalqı deportasiya etmək yolu ilə ondan təmizlənməli idi. Türkiyə nəşrlərində belə bəyanatlar dərc edilmişdi, lakin həqiqətə uyğun olan əks fikir heç vaxt söylənməmişdi: qarşıdakı deportasiya ilə əlaqədar ümidsizliyə qapılmış Van və Urfa erməniləri türklərin hərbi hakimiyyətindən müdafiə olunur, özlərinin azad edilməsini rusların gəlişi ilə bağlayırdılar”.

Fayqlın fikrincə, görünür, Verfel yalnız erməni mənbələrindən istifadə etmişdir. Lakin heç şübhəsiz, o, “Musa dağında qırx gün” kitabında yazılanların həqiqiliyinə əmin idi. Avstriyalı tənqidçi yazır: “O həqiqətən inanırdı ki, Van (o vaxt həmin coğrafi məkan belə adlanırdı) üsyanı köçürülmə haqqında əmrə reaksiya və bir növ zəruri müdafiə tədbiri idi. Əslində isə hər şey başqa cür idi. Üsyan 1915-ci ilin fevral ayında, yəni köçürülmə haqqında əmr verilməsindən təxminən iki ay əvvəl baş vermişdir. Bu əmr Van üsyanı ilə şərtlənmişdi. Ona görə də bu üsyanı əsla köçürülmə haqqında əmrə reaksiya hesab etmək olmaz. Həqiqətin saxtalaşdırılmasının səciyyəvi nümunəsi budur. Türkiyəyə qarşı yönəlmiş erməni dairələri Frans Verfelin romanında faktların bu cür təhrif edilməsini hamıdan yaxşı bilirlər. Bu, elə epizodlarda xüsusilə nəzərə çarpır ki, müəllif saxtalaşdırılmış tarixi faktların yanlış yolu ilə irəliləyir. Əlbəttə, onun çox xoş niyyətləri olmuşdur, lakin xronoloji qaydalara əməl edilməsi baxımından hədsiz səhlənkarlıq onu biabır etmişdir. Məhz bu səbəbdən romanın əsas süjeti - Van qiyamı tarixi həqiqəti təhrif etməklə inkişaf etdirilir, guya köçürülmə haqqında əmr veriləndən sonra baş vermiş hadisə kimi qələmə verilir”.

Fayql bir qədər aşağıda Verfelin hadisələrin səbəblərini və nəticələrini dolaşıq salmasını bir daha xatırladır: “Artıq dediyimiz kimi, köçürülmə haqqında əmr Vanda ermənilərin üsyanından sonra rusların hücumunu dəf etməyə hədər yerə çalışan Osmanlı qoşunlarının arxasında baş vermiş dəhşətli hadisələrlə birbaşa bağlı idi. Fəlakətin bu ssenarisinə bir faktı da əlavə etmək lazımdır ki, ruslar müharibə zonasında vahiməni və dilənçiliyi daha da gücləndirmək üçün Qafqazdan və Ermənistandan olan qaçqın müsəlmanları qabaqlarına salıb qovurdular. Görünür, Frans Verfel ermənilərin təzyiqinə davam gətirməyərək onların versiyasını qəbul etmişdir. Həmin fərziyyəyə görə, 30 minə yaxın müsəlmanın həyatına zorakılıqla son qoymuş Van üsyanı köçürülmə haqqında əmrin nəticəsi, müəyyən mənada Musa dağı hadisələrinin qabaqlanması olmuşdur. Erməni tarixçilər lap əvvəldən çox yaxşı bilirdilər ki, bu belə deyil... Əvvəlcə Van üsyanı olmuş və yalnız bundan sonra köçürülmə haqqında əmr verilmişdir!”.

Fayql bir məqama da diqqəti cəlb edir ki, ermənilərin osmanlılar tərəfindən heç bir səbəb olmadan qırılması qərara alınmış “günahsız quzular” olmaları barədə özlərinin uydurduğu əfsanəni bəzən ehtiyatsızlıq üzündən dolayısı ilə ifşa edirdilər: “Ermənilər osmanlılara qarşı özlərinin hərbi uğurları ilə lovğalanırlar, hərçənd indi bu cür nəşrlərin çoxu bütün kitabxanalardan yoxa çıxmışdır. Məsələn, İohannes Lepsiusun nəşr etdiyi illüstrasiyalı “Der Orient” jurnalını əldə etmək müşkül məsələdir”.

Fayql öz kitabında almanca orijinalı fransızcaya tərcümə ilə müqayisə edərkən özünün aşkar etdiyi digər 6 yerdə mətnin buraxılmasını və iki yerdə hadisələrin mahiyyətini kökündən dəyişən düzəlişlər aşkar etdiyini yazır. Senzorlar erməni miflərini ifşa edə biləcək nə varsa hamısını çıxarırdı. Fayql yazır: “Oxucunu tamam çaşdırmaq üçün nəticə etibarilə Osmanlı generallarına rəğbət hissi oyada biləcək ən xırda epizodlar belə çıxarılmışdır”.

Məsələn, aşağıdakı parça çıxarılmışdır: “...Əhalisi ermənilərdən ibarət olan şəhərlərdə üsyan rus qoşunlarının sürətlə irəliləməsinin təsiri altında geniş yayılırdı. Düşmən imperiyanı təhdid etdiyi bir məqamda başlanmış uğursuz Van üsyanı siyasi baxımdan arzu edilən effekti vermişdi, çünki bu üsyan ermənilərə qarşı törədilmiş cinayətlərə bütün dünya qarşısında bəraət qazandırmaq üçün gözəl bir bəhanə idi. Ermənilərin dəhşətli xəyanətdə təqsirkar olmasını və onlardan yaxa qurtarmaq lazım olmasını göstərən təkzibedilməz sübutlar var. İctimai şüur səbəb ilə nəticə arasında özbaşına keçidlər üzərində sıçrayış etmək üçün heç vaxt az da olsa çətinlik çəkməmişdir. Vicdanları ləkəli, zehni küt olan insanların oxucuların zəkasına təzyiqi onların qavrayışını kütləşdirir, həmişə ötəri ehtiyaclarını əsas götürərək faktlarla manipulyasiya edirdilər”.

Gördüyümüz kimi Verfel ürəkdən inanırdı ki, Van üsyanı köçürülmə haqqında qərar qəbul edilməsinə cavab olmuşdur. Buna görə də o, Osmanlıları səbəb və nəticənin yerini riyakarlıqla dəyişməkdə günahlandırır, başa düşmür ki, yanılan məhz o özüdür. Heç nə anlamayan fransız oxucusunun şüurunda bu yanlış xronologiyanı möhkəmlətmək üçün erməni senzorlar sadəcə olaraq bu epizodu tərcümədən çıxarmışlar.

Fayql erməni qiyamı haqqında yazır: “Tamamilə aydındır ki, ermənilər artıq 1915-ci ilin fevral ayında rusların hücumları gözlənilən bir vaxtda Osmanlıların arxasında Vanda üsyana başlamışlar. Ruslar Vana çatana qədər ermənilər bu şəhərin və onun yaxınlığındakı bütün kəndlərin müsəlman əhalisini (türkləri və kürdləri) tamamilə qırmışdılar. Bu kütləvi qətllərin arxeoloji sübutları var: çoxsaylı qardaş məzarları tapılmış və qırğınların qurbanları olmuş müsəlmanların cəsədləri identifikasiya edilmişdir. İlk siqnal verən yaxşı silahlanmış cavan və güclü ermənilər olmuşdur. Türklər qocaları və döyüşməyi bilməyən, bacarmayan jandarmeriyanı arxada qoyaraq sərhədlərdə öz ərazilərini bacardıqları kimi müdafiə edirdilər. Xoşbəxtlikdən, ermənilərin qələbələri elə özləri tərəfindən sənədli şəkildə qeyd edilmişdir: fotoşəkillər və məruzələr Antanta jurnallarına göndərilmişdir. Bütün bu bəlaların ilkin mənbəyi heç bir şübhə doğurmur və bir fakt - cəmi bir, lakin çox əhəmiyyətli fakt var: erməni mafiyası Vanda baş verən hadisələr haqqında Frans Verfelin versiyasını gizlətmək istəyirdi”.

Fransızcaya tərcümədə Fayqlın aşkar etdiyi daha bir buraxılmış epizod: “Qəribədir, ermənilərin Ənvərə və Tələtə qarşı üsyan etdiyi hər yerdə xilaskar qüvvə meydana çıxır və vəziyyəti igidlərin xeyrinə həll edirdi. Əlbəttə, Musa dağının adamları Şərqi Anadolu, Van və Bitlis qiyamçıları kimi rusların gəlişinə ümid edə bilməzdilər. Ruslar ermənilərin qatı düşməni general Cövdət Paşanı qabaqlarına salıb qovurdular. Onların ətrafında nəhəng islam ölkəsinin dalğalanması dənizin dalğalanmasından artıq bir şey deyildi”.

Fayql bu parçanın almanca orijinaldan senzorlar tərəfindən nəyə görə çıxarılmasını belə izah edir: “Bu yerdə Frans Verfelin poetik təxəyyülündə çox yaxşı əks olunmuş bir fakt fransız oxucudan gizlədilmişdir. Osmanlıların arxa cəbhəsində ermənilərin üsyanı imperiyanın düşməninin irəliləməsini asanlaşdırmaq məqsədi güdürdü. Bu, Vanda da belə idi, Şərqi Anadoluda da, Adabazarında da, Yalov və ya İzmitdə də; Dardanel cəbhəsindən cəmi bir neçə kilometr aralıda osmanlılar öz müttəfiqləri ilə birlikdə elə bir uğur qazanmadan müdafiə olunurdu”.

Fransızcaya tərcümədə almanca orijinalın aşağıdakı abzası da buraxılmışdır: “Türklər məğlub olanda müşavirlər arasında müxtəlif fikirlər yaranmışdı. Ən cavan nazirlərdən biri xüsusilə coşmuşdu və deyirdi ki, Camal Paşanın hökumətdə mühüm rol oynamasına baxmayaraq ermənilərə münasibətinə görə ola bilsin ki, hər sahədə etimada layiq deyildir. O, Ədənədə ermənilərlə sövdələşməmişdirmi?”.

Beləliklə, erməni senzorlar Camal Paşanın ermənilərə xüsusi münasibətini və onlara kömək etmək arzusunda olmasını gizlətməyə çalışırlar. Bütün türklər “insanlıqdan uzaq vəhşi” obrazında təqdim edilməli idi.

Fransızcaya tərcümədə Verfelin bir cümləsi də buraxılmışdır: “...Minlərlə kilsəsi olan paytaxt Ani dünyanın möcüzəsi kimi qəbul edilirdi...” Fayql yazır ki, ilk baxışda yalnız o qədər də əhəmiyyətli olmayan bir cümlədən söhbət gedir. Əslində isə biz erməni təbliğatı tərəfindən insanların şüuru ilə manipulyasiya etməyin incə bir nümunəsini görürük. Məsələn, daim deyirlər ki, mininci ildə türklər Şərqi Anadoluda paytaxtı Ani olan “erməni imperiyası”nı darmadağın etmişlər. Aram Turabyanın hərbi oçerkində bu fikir aşağıdakı şəkildə verilmişdir: “Onların gözəl paytaxtı Ani, mən onun xarabalıqlarını görmüşəm, sülalə və paytaxt türk-səlcuqların fasiləsiz hücumları nəticəsində on birinci əsrdə dağılmışdır (s.50). Verfelin bu oçerklə tanış olmasına əmin olan Alben Mişel də bu “informasiyaya” istinad edir. Lakin Aninin səlcuqlar tərəfindən deyil, bizanslılar tərəfindən, özü də bir nəsil əvvəl işğal edilməsi faktı o vaxt artıq müzakirə mövzusu deyildi: Səlcuqlar Şərqi Anadoluya gələndə orada hətta yarısuveren vəziyyətdə də olsa erməni dövlətinin izi-tozu yox idi. Verfelin “Musa dağında qırx gün” kitabının naşirləri bu səbəbdən onun Ani haqqında poetik sözlərini mətndən çıxarmışlar”.

Frans Verfelin kitabına onun həmvətəni Erik Fayqlın verdiyi qiymətin əlavə şərhə ehtiyacı yoxdur: Frans Verfelin “Musa dağında qırx gün” romanının yaranma tarixçəsi görünməmiş yalandır. Frans Verfel ilə ünsiyyət saxlayan ermənilər onu daim aldadır, Andomyanın kitablarından olan yalan məlumatları ona sırıyırdılar. Verfel öz əsərini yaradarkən bu əsərin təməlində günaha batmışdır - o belə güman etmişdir ki, guya Türkiyə hakimiyyət orqanları ermənilərin məhv edilməsi barədə hansısa bir əmr vermişdir. Sonra yalanlar üst-üstə yığılmışdır: Verfelə təlqin edilmişdir ki, Musa dağındakı insanlar Osmanlılar tərəfindən qırılmağa göndərilmiş günahsız quzular imiş. Əslində isə söhbət yaxşı silahlanmış, fransızlar, ingilislər və özlərinin sürgündə olan həmqəbilələri ilə sıx əlaqə saxlayan erməni dəstələrindən gedirdi. Onlar heç də adi kəndlilər deyil, Van vilayətinin təcrübəli terrorçuları olan rəhbərlərindən aldıqları məlumata görə, çox yaxşı bilirdilər ki, onların məqsədi Osmanlı imperiyasının daxili əlaqələrini qırmaq və burada erməni dövləti yaratmaqdır...”

Bir sözlə, üzdəniraq “mədəni maarifçilik cəmiyyəti” bu günlərdə belə bir qalmaqallı kitabın nəşrinin yubileyini qeyd etmişdir. Təəccüblü deyildir ki, həmin kitabın müəllifi öz “dostlarının” onun inamından necə alçaqcasına istifadə etdiklərini və əslində onunla manipulyasiya etdiklərini ömrünün sonunda başa düşmüş və bu kitabın müəllifi olduqlarına görə xəcalət çəkmişdir.

Son olaraq Fayqlın kitabından Frans Verfelin əsərini səciyyələndirən bəzi sitatlar gətirəcəyik. Lakin bundan əvvəl Vikipediyanın erməni redaktorları tərəfindən yuxarıda göstərilən saxtalaşdırmaları aşkar etmiş insanın necə təqdim olunmasına diqqətinizi cəlb edək (bax: http://ru.wikipedia.org/wiki/Файгль,_Эрих). Vikipediyanın mötəbər mənbə olmamasını demək olar ki, hamı bilir. Bununla belə, bilmək maraqlı olar ki, Vikipediyadakı məqalədə Erix Fayql “erməni soyqırımını inkar edən” şəxs adlandırılmış, onun mənfi cəhətlərini daha çox qabartmaq üçün redaktorlar Çikaqodakı İllinoys ştatının Universitetinin germanistika professoru Daqmar Lorens adlı bir şəxs tərəfindən “Türkiyə kriptofaşist ermənifob təbliğatının” tərəfdarı, onun “A Myth of Terror” kitabını isə oxucunu çaşdıran informasiyanın çox olduğu “təftişçi nəşr” adlandırmasını qeyd etmişlər. Belə çıxır ki, “kriptofaşist ermənifob təbliğatının” flaqmanı olmaq üçün TƏKZİBEDİLMƏZ boşluqları, saxtalaşdırmaları, tarixi hadisələrin xronologiyasının AŞKAR dəyişdirilməsini, səbəblərlə nəticələrin yerinin dəyişdirilməsini aşkar etmək, habelə milyonlarla arxiv sənədində qeydə alınmış, lakin opponentlərin işində yer almamış tarixi həqiqətin başqa, deyilməmiş, gizli tərəfinə oxucuların diqqətini cəlb etmək kifayətmiş. Belə çıxır ki, erməni soyqırımını inkar edən şəxsə çevrilmək üçün çox şey lazım deyilmiş!

* * *

Frans Verfel tez-tez, lakin guya sözarası xatırladır ki, savadlı ermənilər (belələri isə çox olmuşdur) osmanı cəmiyyətinə tamamilə uzlaşmışdır və onlar sadə fransız dilində danışırdılar. Bütün bunlar göstərir ki, onların hər şeyi vardır. Ermənilərin Türkiyə cəmiyyətində rahat həyat sürməsini əks etdirən bu aspekt fransızca mətni manipulyasiya edənlərin səyləri sayəsində Alben Mişeldə öz əksini tapmır. Bununla əlaqədar heç olmasa belə bir sual vermək olardı; Osmanlı imperiyasında erməni iğtişaşlarını kim təşkil edə bilərdi, buna kim təhrikçilik edə bilərdi? Əslində araqarışdıranlar Osmanlı imperiyası erməniləri arasında deyil, onlardan təhlükəsiz dərəcədə uzaqda - Bostonda, Parisdə və Sankt-Peterburqda idi. Bütün bunlar müasir dövrdə də təkrarlanır. Terror aktları heç vaxt Türkiyə erməniləri tərəfindən təşkil edilmir və onların tərəfindən həyata keçirilmir.

* * *

Verfel 1933-cü ildə çapdan çıxmış “Musa dağında qırx gün” romanını yazanda həyatının çiçəklənmə dövrünü yaşayırdı. Məhz həmin dövrdə onun ağılsız həmvətəni Adolf Hitler Almaniyada hakimiyyətə gəlmişdir. “Caroll & Graf Publishers” nəşriyyatı Verfelin unikal romanını təhriflərlə dolu primitiv kriminal əhvalata çevirmişdir. Amansız təqiblər, arxa planda minarələr, ön planda qəhrəmanlıqlar. Potensial oxucuya təsir göstərə biləcək amillərin heç biri yaddan çıxmamışdır: türklər cani, ermənilər günahsız qəhrəmanlardır. Həmin nəşrdən ən mühüm parçaların çıxarılması barədə isə bircə kəlmə də deyilmir. Oxucu dələduzluğun qurbanı olur, çünki o bilmir ki, aldığı kitabın ən mühüm hissələri çıxarılmışdır. Lakin bu, belə bir faktı yalnız təsdiqləyir ki, kitabın senzorları - erməni mafiyası çox yaxşı bilirdi ki, Verfeli çaşdıran Q.Morqentau, İ.Lepsius, A.Andonyan və başqalarının dərc etdirdiyi materiallar olmuşdur. Şərqi Anadolu ərazisində protestant erməni dövləti yaradılması uğrunda uzun müddət və təkidlə mübarizə aparmış protestant kilsələri bu iblislər qrupuna həvəslə qoşulmuşdu, lakin onlar məğlubiyyətə uğradılar. Bununla belə on beş ildən sonra türklərə və Türkiyəyə qarşı mübarizədə yeni səviyyəyə çatdılar. Verfelin “... qırx gün” adlı şedevri sayəsində tamamilə yeni, unikal standart yaradıldı: tarixin qərəzli şərhi ilə uzlaşdırılmış mükəmməl poetik ustalıq. Bəlkə də oxucuların heç biri bir fakta diqqət yetirməmişdir ki, Osmanlı imperiyasının heç bir hissəsində ermənilər çoxluq təşkil etməmişlər. Ermənistan adlanan tarixi ərazinin həmin ərazidə məskunlaşmış insanların irqi və ya mənşəyi ilə heç bir əlaqəsinin olmaması isə indiyə qədər unudulmuşdur. Amerikada italyan, alman, irland, britaniyalı, çinli, afrikalı və başqa mənşəli “amerikalılar” yaşayır. Eyni sözlər türklərin, iranlıların, gürcülərin, azərbaycanlıların və digər millətlərin nümayəndələrinin, o cümlədən onların erməni adlandırılmasını tələb edən milli azlığın - hayların məskunlaşdığı “Ermənistana” da aiddir”.

 

* * *

“Qayalar və sıldırımlar Musa dağının səciyyəvi cəhətləri olsa da, ümumi peyzaj Verfelin öz oxucularına təklif etdiyi mənzərəyə əsla uyğun gəlmir. Fransızların sərəncamında olan texniki vasitələri nəzərə alsaq, onların uydurduğu üsyan əhvalatında olduğu kimi bu yerdə də qəhrəmanlıq azdır. Fransanın hərbi gəmiləri erməni əsgərlərini əvvəlcə Süveyş cəbhəsinə, daha sonra Suriya cəbhəsinə çatdırmışdır. Lakin əsgərlərin davranışı onunla nəticələndi ki, Britaniya və Fransa onları döyüş əməliyyatlarında iştirak etməkdən dərhal kənarlaşdırdı. Son olaraq Verfel Dəməşqə və İskəndəruna, yəni Anadoluya və Suriyaya gedən yolların kəsişdiyi ərazinin yaxınlığına ermənilərin köçürülməsi haqqında hekayə (tarixi faktlar yox!) təqdim edir. Burada ermənilər qurban kimi, türklər isə qatil kimi təqdim edilir...

Frans Verfelin öz tədqiqatında nə üçün daha irəli getməməsini başa düşə bilmirik. Əks halda o, tezliklə aşkar edər di ki, osmanlılar çoxlu sayda yəhudini (təxminən 200 min nəfəri) 1494-cü ildə katolik ispan krallarının terrorundan xilas etmişlər. Üstəlik Hitlerin amansız təcavüzü dövründə alman, avstriya və avropa mənşəli 30 minə yaxın yəhudi Türkiyədə sığınacaq tapmışdır. Bu adamların heç biri rədd edilməmiş və almanlar tərəfindən hədə-qorxulara baxmayaraq nasistlərin əlinə verilməmişdir. Lakin gəlin romanın mahiyyətinə müraciət edək: Frans Verfel nasistləri türklər, yəhudiləri isə ermənilər adlandırmaqla cinayət törətmişdir. O qətl törətmişdir. Alman dilində “Rufmord” sözü var, mənası “adamı gözdən salmaq” deməkdir. Verfel türk xalqının reputasiyasına xələl gətirməklə onların təmiz adını öldürmüşdür. Bəzən “Rufmord” adam öldürməkdən betər olur, çünki o başqa cinayətlərə, baxdığımız halda isə Türkiyəyə və türklərə qarşı bu günə qədər davam edən cinayətlərə səbəb olur. Verfel öz kitabına yazdığı sözardıda qeyd etmişdir: “Mən bu əsəri yazmaq fikrinə 1929-cu lin mart ayında Dəməşqdə olarkən gəlmişəm. Xalça fabrikində qaçqınların uşaqları işləyirdi. Onların şikəst, ac olduğunu görəndə bu kədərli mənzərə mənim belə bir qəti qərarıma səbəb olub bir dəfə baş verənləri, erməni xalqının kədərli taleyini ölülər səltənətindən çıxarmalıyam”. Nəhayət, 1933-cü ilin mart ayında Verfel romanın birinci kitabının beşinci fəslini Ənvər Paşanın Pastor İohannes Lepsius ilə ənənəvi söhbətinin tarixi versiyasına əsaslanma variantını əlavə etmişdir. Bu “qeydlərin” mənbəyi almaniyalı protestant pastor doktor İohannes Lepsiusun memuarları olmuşdur. Lakin ən incə qəlbli şairlərin biri bu tələyə necə düşmüşdür?

Əgər biz Verfelin kitabında bu faktların sübutlarını tapmaq istəyiriksə, onda həmin kitabın ən azı ingiliscə və fransızca son nəşrlərində olmayan hissələrini oxumalıyıq. Hər halda erməni mafiyası böyük iş görmüşdür. “Qırx gün” kitabı əməlli-başlı “təmizlənmişdir”: oxucuda və ya tarixçidə hər hansı şübhə oyada biləcək heç nə qalmamışdır.

Gəlin “əhəmiyyətsiz” nöqsanları unudaq, hərçənd bu nöqsanların hamısı son dərəcə səciyyəvidir və ümumi mənzərəyə tam uyğundur - Verfelin fikirləri mümkün olduğu qədər həqiqətə oxşadılır. Məsələn əgər Frans Verfel çox uzağa gedərək Ənvər Paşanı özünün qadın əllərinə oxşayan əllərini böyük (saxtakar) pastor Lepsiusun sözlərindən çox xoşlayırsa, belə sözlər çıxarılır. Bu, başlıca məqam olmasa da əlamətdardır. Bu əhvalatda başqa bir şeyi başa düşmək vacibdir: ermənilər vətəndaş müharibəsinə məhz Rusiya ordusunun Van üzərinə hərəkət etdiyi günlərdə başlamışdımı?

İndi, Frans Verfelin əsərinin almanca orijinal nəşrindən tərcümə edilmiş sözlərini diqqətlə oxuyanda müəllifin hansı saxtakarlıqların qurbanı olduğunu görürük.

Verfel Musa dağında yaxşı silahlanmış ermənilərin ilk qələbəsi haqqında yazır: “Məğlubiyyət belə bir milləti bir neçə onillik geri ata bilər, halbuki bu dərəcədə mübariz əhval-ruhiyyədə olmayan başqa xalqlar hərbi uğursuzluqları daha asan keçirir və həmin uğursuzluqlardan lazımi nəticə çıxarırlar. Lakin mübariz hakim sinif ən ağır təhqirə o vaxt məruz qalır ki, ona qanlı dərs verən özünün daxili düşməni olur. Müdaxilə etdiyimə görə məni bağışlayın, lakin indi biz o qədər sensasiyalı sözlər eşidəcəyik ki, oxucunun diqqətini buna cəlb etməyə borcluyam. Söhbət tamdəyərli olmayan, yəni sənətkarlıq, ticarət və təhsil haqqında düşünən azlıqdan gedir (sitat rus dilində bu nəşrdən gətirilir: «Сорок дней Муса Дага»; перевод Вс.Розанова. Источник: Франц Верфель, «Сорок дней Муса Дага». Перевод с нем. Н.Гнединой и Вс.Розанова. Издательство «Советакан грох», Ереван, 1984 г. - прим. Ф.А.)

Verfel daha sonra yazır: “Silah işlətməyin tərəfdarlarının ayağının altından yer qaçır - əsgər peşəsinin şərəfi tapdalanmışdır, - bir daha müdaxilə etdiyimə görə məni bağışlayın, lakin Verfel çox dəqiqdir! - özünüz fikirləşin: yumşaqbədənli intelligentlər peşəkar qəhrəmanlara yaxşıca dərs veriblər”.

* * *

“Şair şairdir, romanist romanistdir. Lakin Aralıq dənizində olan zirehli gəminin üzərindəki döşək ağını görmək olarmı? Belə bir mənzərə təsəvvür edək: Musa dağından olan ermənilər bir neçə döşəkağı götürür və onların üzərində iri hərflərlə “XRİSTİANLAR TƏHLÜKƏDƏDİR!” sözlərini yazır (maraqlıdır, görəsən onlar rəngi, mürəkkəbi haradan tapıblar?) və sahildə yerləşdirirlər. Bu arada möcüzə baş verir! Janna D’Arkın başçılıq etdiyi Fransa donanması qəflətən Musa dağının yaxınlığındakı sahillərdə peyda olur, bədbəxt erməniləri azad edir və gözdən itir. Bu sözlər o qədər sadəlövh səslənir ki, buna inanmaq qeyri-mümkündür. Həqiqət isə belədir ki, Musa dağındakı üsyan ermənilər və Antanta tərəfindən diqqətlə hazırlanmışdı. Bu üsyanın məqsədi Osmanlı imperiyasını iki hissəyə bölmək, Anadolunu Suriyadan və Süveyşdən ayırmaq idi. O vaxt ermənilərin əlində ən müasir rabitə qurğuları vardı. Onlar həmin qurğuların köməyi ilə Musa dağının yanında gözləmə mövqeyi tutmuş və hücuma hazır olan Fransa donanması ilə əlaqə saxlayırdılar.

“Zavallı, bədbəxt, acından ölən ermənilər” xilas ediləndən dərhal sonra özlərinin necə cavan, güclü və döyüşməyə hazır olduqlarını sübut etdilər. Ermənilər Süveyşə və Kiprə gətiriləndən sonra Fransa-Britaniya qoşunları dərhal bundan istifadə etdilər. Osmanlılara qarşı vuruşan erməni batalyonları özlərini o qədər nalayiq aparırdılar ki, Fransa-Britaniya komandanlığı onları cəbhədən geri çağırmağa məcbur olmuşdu. Verfelin romanı bir tərəfdən şedevr, dünya ədəbiyyatının incisidir. Digər tərəfdən bu roman həyasız uydurma, erməni terroruna və təcavüzünə bu gün də yol açan hekayətdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri və mənfur əməlləri müşahidə etdikcə başa düşürük ki, müasir dövrün ən təcavüzkar millətinin mövcudluğunun mənası uydurma cəfakeşlikdir. Bu mənada “...qırx gün” kitabı Bibliya deyil, Hitlerin “Mein Kampf” kitabından heç də yaxşı olmayan adi bir pamfletdir. Bu, həyasızlığın yüksək dərəcəsidir, nəinki Verfel, həm də onun (və bizim) dünyası bu həyasızlığın qurbanı olmuşdur. Lakin gəlin “...qırx gün” kitabına qayıdaq. Şübhə yoxdur ki, Verfel fəlakəti əvvəlcədən hiss edirdi. 20-ci illərin sonu, Hitlerin görünməmiş yüksəlişinin başlanğıcı idi. Belə bir vaxtda Verfel nə etməli idi?

Gözlədikləri günün gəlib çatdığını görən ermənilər Aram Andonyanın “sənədlərini” təqdim etmişlər.

* * *

“İstehkamların müdafiəçiləri qırx gün müqavimət göstərdilər - ermənilər Osmanlı hökumətinin lap gözünün qabağında bu əməliyyatı beləcə hərtərəfli hazırlaya bilmişdilər! Bununla bərabər heç vaxt deyilməmişdi ki, ermənilərin üsyanı əvvəlcədən planlaşdırılmış, təşkil edilmiş, maliyyələşdirilmiş, rus silahı və sursatı ilə möhkəmlədilmişdi. Ermənilərin “Daşnaksutyun” inqilabi təşkilatının liderləri sonradan etiraf etmişdilər ki, Rusiyanın müstəqillik və yeni Ermənistan barədə vədləri onları aldatmışdır. Onlar bunu da etiraf etmişlər ki, qiyamçıları maliyyələşdirən və silahlandıran Rusiya idi. Bir də... erməni inqilabçı bandaları Osmanlı dövlətinin öz vətənini qoruyan orduları ilə toqquşmalara və sabotaja başlayanda Osmanlı hökuməti hələ Rusiya ilə müharibəyə başlamamışdı. Osmanlı ordusunun hissələri dağ yamaclarını mühasirəyə aldığı vaxtda qırx gün ərzində Musa dağını müdafiə edən minlərlə adam gizli cığırlardan istifadə edərək Aralıq dənizi sahillərinə qaçmışdı. Ermənilər siqnal fişənglərindən istifadə edərək Aralıq dənizi sularında patrul xidməti çəkən ingilis və fransız gəmiləri ilə əlaqə saxlayırdılar. Minlərlə qaçqın ingilis və fransız gəmilərinə mindirilərək İsgəndəriyyəyə, Misirə göndərilmişdi”. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib