DÜNYA
Ermənistan XİN Nikol Paşinyanın Türkiyəyə səfərini müzakirə etməkdən yayınıb
![Ermənistan XİN Nikol Paşinyanın Türkiyəyə səfərini müzakirə etməkdən yayınıb](/files/2022/1/1200x630/16440519062195935104_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və mart ayında Antalya diplomatik forumunda iştirakı məsələsi müzakirə olunmur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan özünün feysbuk səhifəsində yazıb. “Baş nazirin Türkiyəyə səfəri və Antalyadakı diplomatik forumda iştirakı müzakirə edilmir”, - deyə Vaan Unanyan bildirib.
Qeyd edək ki, fevralın 4-də Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün mart ayında Türkiyəyə səfər edə biləcəyi barədə məlumat verib.
Bir müddət öncə isə Ermənistan XİN-də qurumun rəhbəri Ararat Mirzoyanın və Ankara ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyanın Antalya forumunda iştirakı imkanlarının müzakirə edildiyi bildirilmişdi.