Fərqli ölkələrdən bir qrup tələbə Dövlət Neft Fonduna səfər edib
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) əməkdaşlığı ilə təşkil olunan “Post-Oil Economy” beynəlxalq yay məktəbinin 4-cü 2022-ci il buraxılışı çərçivəsində Almaniya, İtaliya və Azərbaycandan olan bir qrup tələbə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfər ediblər.
ARDNF-dan AZƏRTAC-a bildirilib ki, Fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə daha sonra Fond əməkdaşları ARDNF-nin fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi ümummilli layihələr barədə ətraflı məlumat veriblər.