Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fevralda "Azexport.az"a 37,6 milyon dollarlıq ixrac sifarişi daxil olub

Bakı, 6 aprel, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın 2018-ci ilin mart ayı üçün sayı təqdim olunub.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6,6 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib (42,3 milyon ABŞ dolları).

2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib (17,7 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon ABŞ dolları), üçüncü yeri isə qızıl (19 milyon ABŞ dolları) tutub.

"İxrac İcmalı"nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qlaf Drillinq Saplay FZE" şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "CTS-Agro" MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Food export Şəmkir", "İlham-M" MMC, "Sun Food" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət təmsil olunur. Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər aşağıdakılardır: SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi", "Azərenerji" ASC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 2 ayında "Azərkosmos" ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 2,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

"Azərkosmos" ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

"İxrac İcmalı"nda məlumat verilib ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn xarici vətəndaşların sayında baş verən artım həm də onların xərcləmələrində özünü büruzə verib. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 15 faiz artaraq 99,8 milyon manat təşkil edib.

"İxrac İcmalı"nda 2018-ci ilin fevral ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin fevral ayı ərzində "Azexport.az" portalına 37,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci il fevralın 28-dək "Azexport.az" portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 milyon ABŞ dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, findıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadi məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yaği, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konserviləşdirilmiş ət, buğda unu və s. mallara olub.

Həmçinin "İxrac İcmalı"nda "Azexport.az" portalının Rusiyaya mal ixrac edən sahibkarlar üçün yaratdığı yeni imkanlar, sahibkarlara sərbəst satış sertifikatının verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin at və at əti ixracı ilə bağlı apardığı araşdırma, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər və s. məsələlər barədə də məlumatlar verilib.

"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa yardım etmək və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.

"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub

Hesablama Palatanın iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarını bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır