CƏMİYYƏT
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə dərsi təşkil edib
Bakı, 3 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən martın 3-də Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsində nümunəvi mülki müdafiə dərsi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mülki müdafiə işinin təşkilinin əhəmiyyətindən danışıb, təbii və texnogen mənşəli fəlakətlərin qarşısının alınmasına dair zəruri tələblər barədə məlumat veriblər. Həmçinin əhalinin və ərazilərin birgə mühafizəsi, fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin vacibliyindən bəhs edilib. Bildirilib ki, fəlakətlər zamanı müvafiq qurumların birgə fəaliyyəti insanların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda FHN Gəncə Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin istifadəsində olan alət və avadanlıq nümayiş etdirilib, suallar cavablandırılıb. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]