CƏMİYYƏT
FHN-in Şimal Regional Mərkəzi Xaçmaz Regional Qaz İstismarı İdarəsində masaüstü nümunəvi mülki müdafiə məşqi keçirib
![](/files/galleryphoto/2022/2/1200x630/1658496869810764657_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584968692534317540_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16584968694488338879_1200x630.jpg)
Bakı, 22 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Regional Qaz İstismarı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi masaüstü mülki müdafiə məşqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqdə FHN-in Şimal Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Mülki müdafiə qərargahının rəhbərliyi iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.
Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.