İDMAN
Fransanın www.lepoint.fr saytında birinci Avropa Oyunları haqqında məqalə yerləşdirilib
![Fransanın www.lepoint.fr saytında birinci Avropa Oyunları haqqında məqalə yerləşdirilib](/files/2015/2/1200x630/1434475977948824981_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Fransanın www.lepoint.fr saytında birinci Avropa Oyunları haqqında məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Sabina Kolparın müəllifi olduğu məqalədə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən, medalların sayına görə Rusiyanın və Azərbaycanın liderlik etdiyindən danışılır. Bildirilir ki, kişilər arasında bədii gimnastika yarışında ilk bürünc medalı Azərbaycan atleti əldə edib. Azərbaycanda idmanın bu növünün inkişafına son illərdə xüsusi diqqət yetirilməyə başlanıb.
Müəllif qeyd edib ki, qadınlar arasında sərbəst güləş üzrə ilk qızıl medalı Azərbaycan idmançısı Mariya Stadnik qazanıb. İki uşaq anası olan M.Stadnik 48 kiloqram çəki dərəcəsində mübarizə aparır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: