Füzuli Dövlət Dram Teatrı “Aprel zəfəri” adlı poetik xalq tamaşasını əsgərlərə təqdim edib
Füzuli, 4 aprel, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı “Aprel zəfəri” adlı poetik xalq tamaşasını “N” saylı hərbi hissənin əsgərlərinə təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinovdur. Aprel şəhidlərinin keçdiyi həyat yolu və qəhrəmanlıqlarından bəhs edən tamaşa xalqımızın hərb tarixinin ən parlaq səhifələrindən olan 2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümündə əsgərlərdə düşmənə nifrət, Vətənə məhəbbət hissləri aşılayıb.
Teatr aktyorlarının ifasında aprel şəhidləri Elnur Əliyev, Səyyar Quliyev, Orxan Həmidov və Əlvan Hüseynovun obrazları canlandırılıb. Tamaşada qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaət bir daha nəzərə çatdırılıb.