CƏMİYYƏT
Gənc qızların sahibkarlıq fəaliyyətinə təşviqi ilə bağlı maarifləndirmə görüşü təşkil olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihə çərçivəsində son maarifləndirmə görüşünü həyata keçirib.
“Gəncliyə Dəstək” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Ucar rayon Gənclər Mərkəzində keçirilmiş görüşlərdə valideynlər, müəllimlər və məktəbli gənc qızlar iştirak ediblər.
Tədbirdə gənclərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq peşə təhsilinə, fərdi əməyə və sahibkarlığa yönəlməyin önəmli olduğu bildirilib.
Sonda iştirakçılara materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.