REGİONLAR
Gəncədə dini radikalizm mövzusu müzakirə edilib
Gəncə, 3 mart, AZƏRTAC
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Aqrar Universitetin kafedra müdiri, professor Azad Bayramov və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Eyni zamanda, bildirilib ki, bu gün ölkəmizdə hər kəsin vicdan və din azadlığı hüququ var, heç bir irqi, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]
Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib
- 28.06.2024 [15:49]