Gəncədə Zəfər Günü münasibətilə "Yaşa Azərbaycan!" adlı tədbir keçirilib
Gəncə, 7 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhəri M.M.Abbaszadə adına 20 nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə "Yaşa Azərbaycan!" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir "Çırpınırdın Qara dəniz" mahnısının səslənməsi ilə davam edib.
Şagirdlərin yüksək vətənpərvərlik ruhunda səhnələşdirilmiş çıxışları və rəqsləri tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Vətən müharibəsində qəhrəmancasına vuruşan qazilərə xüsusi ehtiram göstərilib. Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları diqqətə çatdırılıb, bunun gənc nəslə örnək olduğu vurğulanıb.