Güclü külək Gürcüstan paytaxtında ciddi fəsadlar törədib
Tbilisi, 26 may, AZƏRTAC
Gürcüstan ərazisində mayın 26-da günün ikinci yarısında güclü külək və yağış ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, güclü külək paytaxt Tbilisidə, Müstəqillik Günü ilə əlaqədar mərkəzi Rustaveli prospektində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasını, idman yarışları və konsertlər keçirilməsi üçün quraşdırılmış konstruksiyaları dağıdıb. Xəsarət alan olmayıb.
Telavidə külək konsert üçün quraşdırılmış səhnəni uçurub. Daha bir neçə bölgədə ağaclar aşıb, bəzi kəndlərdə evlərin damı dağılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi