İDMAN
Güləşçilərimizdən daha bir qızıl medal!
Azərbaycanın birinci Avropa Oyunlarında qızıl medallarının sayı 8-ə çatıb
![](/files/galleryphoto/2015/2/1200x630/14344786634525817293_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786635349327044_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786635911821423_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786632052449178_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786634796448603_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478663560750151_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786633970059295_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344786631455555687_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434478663393537668_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Azərbaycanın qadın güləşçisi Anjela Doroqan birinci Avropa Oyunlarında qızıl medal qazanıb. Bununla da Azərbaycanın birinci Avropa Oyunlarındakı qızıl medallarının sayı 8-ə çatıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan güləşçisinin final qarşılaşmasını izləyiblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 53 kiloqram çəki dərəcəsində çıxış edən Anjela Doroqan mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub. İdmançımız ilk görüşdə türkiyəli Merve Kengerə 3:1 hesabı ilə qalib gəlib. Dörddəbir finalda macarıstanlı Mersedes Denesi 5:0 hesabı ilə məğlub edən Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Bududan üstün olub-5:0.
Anjela Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinaya 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının qızıl medalına sahib olub.
İdmançımızın qələbəsini azarkeşlər böyük coşqu ilə qarşılayıblar.
Medalları idmançılara Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Olimpiya Komitəsinin baş katibi Saşo Popovski və Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tzeno Tzenov təqdim ediblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib, bayrağımız ucaldılıb.
Əslən moldovalı olan 25 yaşlı Anjela Doroqan 2010-cu ildən milli komandamızda çıxış etməyə başlayıb. O, 2012-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci yerə çıxıb. A.Doroqan 2013-cü ildə isə həmin turnirin bürünc medalını qazanıb.