DÜNYA
Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb
![Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb](/files/2022/2/1200x630/16573021595487335034_1200x630.png)
Tbilisi, 8 iyul, AZƏRTAC
Son günlər Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, hazırda bəzi yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiyməti 5-19 tetri artımla satılır. Ən çox qiymət artımı dizel yanacağında qeydə alınıb. Eko dizel yanacağının 1 litri 4,78 lariyə (1,65 ABŞ dolları), avro dizel yanacağı isə 4,74 lariyə satılır.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, dizel yanacağının qiymətinin artması bir sıra amillərlə bağlıdır. Qiymət artımına ilk növbədə dünya bazarında dizel yanacağının qiymətlərinin bahalaşması səbəb olub. Digər tərəfdən, təchizat sahəsində müəyyən problemlər yaşanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [20:01]
Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar
- 03.07.2024 [19:03]
Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır
- 03.07.2024 [18:44]