Həmyerlimiz Elçin Əzizov “Böyük teatrın gənc səsləri” konsertində çıxış etmişdir
Moskva, 18 oktyabr (AZƏRTAC). Rusiya Qnesinlər adına Akademiyasında “Böyük teatrın gənc səsləri” konserti olmuşdur. Həmin konsertdə istedadlı həmyerlimiz, Böyük teatrın solisti Elçin Əzizov (bariton) çıxış etmişdir.
Böyük teatrın solisti Oksana Lesniçayanın (soprano) da çıxış etdiyi konsertdə Çaykovski, Raxmaninov, Verdi, Motsart, Qlinka, Rimski-Korsakov və Bizenin operalarından parçalar səslənmişdir.
Elçin Əzizov dünyaşöhrətli Böyük teatrın solisti olmuş ilk azərbaycanlıdır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, Qalina Vişnevskayanın opera ifaçılığı Mərkəzində təcrübə keçmişdir. Elçin Əzizov 2005-ci ilin avqust ayında “Motsarteum” Universitetinin Yay Akademiyasına daxil olmuşdur. Bu il müğənni Qalina Vişnevskayanın opera ifaçılığı Mərkəzinin səhnəsində “Karmen” operasında Eskamilyonun partiyası ilə debüt etmişdir. Böyük Teatrın istedadlı gənc solistinin repertuarına tanınmış rus və Qərb bəstəkarlarının operalarından ariozo və ariyalar, Borodinin, Raxmaninovun və Çaykovskinin romansları daxildir.
Elçin Əzizov Bülbül adına 3-cü Beynəlxalq müsabiqənin laureatıdır. Moskva Beynəlxalq Musiqi Xadimləri İttifaqının medalı, bir sıra digər musiqi mükafatları ilə təltif edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:05]
Qarabağ atları Avropada yenidən diqqət mərkəzində
- 17.05.2026 [09:33]
Realist ədəbiyyatımızın görkəmli nümayəndəsi – Əbdürrəhim bəy Haqverdiyev
- 16.05.2026 [23:30]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [22:32]
“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib
- 16.05.2026 [21:01]
WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub
- 16.05.2026 [20:39]
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib
- 16.05.2026 [15:06]