İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun təlimində iştirak edib
![](/files/galleryphoto/2019/2/1200x630/15640437283885148841_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15640437282067044098_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
Hesablama Palatasının İcmal-analitik şöbəsinin sektor müdiri Sənay Paşayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu tərəfindən keçirilən “Kapital axınlarının idarəedilməsi: Makroiqtisadi təhlil və siyasət” adlı təlimdə iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 37 ölkədən 42 iştirakçının qatıldığı təlim kapital axınları, tədiyə balansı, maliyyə inteqrasiyası, beynəlxalq kapital maliyyə bazarlarının qlobal tendensiyaları, makroiqtisadi dəyişkənlik, kapital hesabının liberallaşdırılması, maliyyə açıqlığının (Financial Openness) müsbət və mənfi tərəfləri, kapital axınlarının izlənilməsi və proqnozlaşdırılması, maliyyə böhranları, makroiqtisadi siyasət, o cümlədən fiskal və monetar siyasət, valyuta məzənnəsi siyasəti, maliyyə tənzimlənməsi, kapital axının idarəedilməsi və valyuta məzənnəsi müdaxilələri üzrə mövzu, təqdimat və çalışmaları əhatə edib.
Təlimin sonunda yekun test imtahanı keçirilib və iştirakçılara sertifikatlar verilib.