İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları beynəlxalq tədbirə qatılıblar
Bakı, 8 sentyabr, AZƏRTAC
EUROSAI-nin (Ali Audit Qurumlarının Avropa Təşkilatı) IT üzrə işçi qrupunun Rumıniya Hesablama Məhkəməsinin təşkilatçılığı ilə hibrid formatda illik toplantısı keçirilib.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, toplantıda qurumun auditoru Hilal Hüseynov və İnformasiya sistemlərinin idarə olunması və informasiya texnologiyalarına dəstək sektorunun müdiri Vasif Rəsulov iştirak ediblər. İllik toplantı zamanı “İnformasiya sistemlərinin auditi bacarıqlarının digər audit növlərində tətbiqi” mövzusunda təqdimat edən Hilal Hüseynov Hesablama Palatasının informasiya sistemlərinin auditi üzrə mandatı barədə məlumatlandırıb, həmçinin informasiya sistemlərinin maliyyə, uyğunluq və səmərəlilik auditlərinin bir hissəsi kimi təsvirini verib.
Qeyd edək ki, toplantıda Rumıniya, Hindistan, Almaniya, Türkiyə, Gürcüstan, Fransa, Finlandiya və digər ölkələrin ali audit qurumlarının nümayəndələri iştirak ediblər, informasiya sistemlərinin auditi sahəsində qabaqcıl təcrübələrdən, eyni zamanda, yeniliklərin tətbiqi zamanı qarşıya çıxan çətinliklər və görülən tədbirlərdən bəhs olunub.