Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir
Gəncə, Samux və Ucarda inşa edilən və yenidən qurulan təhsil müəssisələrinin açılışı olub

Bakı, 15 sentyabr, AZƏRTAC

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Dövlətimizin başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyildiyi kimi, bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib.

Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib.

Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılıb.

Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

AZƏRTAC bölgələrdə yeni istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrindən reportajları təqdim edir.

Gəncə

15 sentyabr - Bilik Günündə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İdman liseyinə baxış keçirilib. İdman liseyində foyedə ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə təqdim edilir.

İdman liseyinin dördmərtəbəli yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə 18 sinif otağı var. Yeni istifadəyə verilən təhsil müəssisəsində güləş zalı, futbol, basketbol meydançaları, akt zalı və yeməkxana fəaliyyət göstərir.

Gəncədə idmanın, xüsusən də güləşin böyük ənənələrə malik olduğunu, gəncəli idmançıların isə həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandığını xatırladan Anar Ələkbərov idman liseyində yaradılmış ən müasir şəraitdən istifadə edən gənclərin gələcəkdə yeni-yeni uğurlar qazanacağına və ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini ifadə edib.

Samux

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Samux rayonunda da olub. Burada Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin və Sərkar kənd körpələr evi-uşaq bağçasının binaları istifadəyə verilib. Pandemiya şəraitində, karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində, həmçinin Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, məktəbin və bağçanın kollektivi də iştirak ediblər.

Anar Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını və yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırıb.

1923-cü ildə tikilən binada fəaliyyətə başlayan məktəb üçün 1936-cı, 1959-cu və 1968-ci illərdə artan tələbata uyğun olaraq əlavə korpuslar tikilib. Məktəb sonuncu dəfə 2004-cü ildə təmir edilib, sinif otaqları çatışmadığı üçün bu vaxtadək tədris iki növbədə aparılıb. Məktəbin binası ötən illər ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən yeni 800 şagird yerlik məktəbin inşasına 2019-cu ildə başlanılıb, tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Üçmərtəbəli 5 korpusdan ibarət məktəb binasında 39 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Məktəbin direktoru Afaq Möyləyeva müəllim kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Prezidentin köməkçisi Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Proqram çərçivəsində paytaxtda və ölkənin müxtəlif bölgələrində tikilən məktəblər müasir avadanlıq, laboratoriyalar, zəngin kitabxanalar, emalatxana, idman zalları, geniş meydançalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz edilir.

Sərkar kənd körpələr evi-uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1987-ci ildə inşa olunub. 80 yerlik nəzərdə tutulan bağçanın binası qəzalı olduğu üçün 40 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində fiziki köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi-uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Yüz yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib və kommunal şərait yaxşılaşdırılıb. Fond, həmçinin bu illər ərzində “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yeni uşaq bağçaları, körpələr evinin inşası və təmiri sahəsinə öz töhfəsini verib.

Daha sonra Samux rayonunda İmadəddin Nəsimi adına Ziyadlı kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının da yeni binaları istifadəyə verilib.

Bildirilib ki, Ziyadlı kənd tam orta məktəbi 1979-cu ildə inşa olunmuş binada fəaliyyət göstərib. Bina sonuncu dəfə 2006-cı ildə təmir edilib. Məktəbin binası sonrakı illərdə köhnəldiyi üçün yararsız vəziyyətə düşüb.

Heydər Əliyev Fondu tərəfindən yeni 523 şagird yerlik məktəbin əsaslı təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. İkimərtəbəli 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə yaradılıb. Təhsil müəssisəsində 28 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Ziyadlı kənd körpələr evi-uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1929-cu ildə inşa olunub. 60 yerlik nəzərdə tutulan bağça qəzalı olduğu üçün 20 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində köhnələrək yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi-uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Bina 2 mərtəbədən ibarətdir. Bağçada uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb, söhbətgahlar inşa edilib.

Ucar

Sentyabrın 15-də Ucar rayonunda da bir sıra təhsil müəssisələri istifadəyə verilib. Onlardan biri də Ucar rayonu, Qarabörk kənd tam orta məktəbinin yeni binasıdır. 

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovla birgə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra məktəbin yeni binası ilə tanışlıq olub. Bildirilib ki, məktəbin 1978-ci ildə tikilmiş köhnə binası ötən müddətdə yarasız hala düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə 420 şagird yerlik məktəb binasının yenidən tikintisinə başlanılıb. Yeni tədris ilində istifadəyə verilən məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

420 şagird yerlik ikimərtəbəli məktəb binasında 16 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, bufet, akt və idman zalları, həmçinin açıq idman meydançası da var.

Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Həmin gün Ucar şəhər 6 saylı körpələr evi-uşaq bağçasının binasının da açılışı olub. Bildirilib ki, Ucar şəhər 6 saylı körpələr evi-uşaq bağçası 1954-cü ildən fəaliyyət göstərir. Bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi-uşaq bağçası tikilib. İkimərtəbəli, 80 yerlik körpələr evi-uşaq bağçasında uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar var.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.

Xatırladaq ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb var. Son 17 ildə bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bundan başqa, son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblərin inşasına da start verilib. Bu il modul tipli 60 məktəbin tikintisinə başlanılıb.

Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili yeni formatda təşkil edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər