DÜNYA
HOLLANDİYA ŞİRKƏTİ MÜSƏLMAN İSTİFADƏÇİLƏR ÜÇÜN HALAL İNTERNET-AXTARIŞ PORTALI YARATMIŞDIR
Bakı, 9 sentyabr (AZƏRTAC). Müsəlmanlar yeni İnternetdən - axtarış portalından istifadə edən zaman islam normalarına zidd olan “ədəbsiz” saytlarla qarşılaşmayacaqlar. “Əl-Həyat” qəzetinin yazdığına görə, Hollandiya şirkətinin hazırladığı bu “ağıllı” sistem axtarışın halal (icazə verilmiş) qrupuna daxil olmayan nəticələrini nümayiş etdirmir. Bununla belə, tərkibində təhlükəli məlumatlar olan saytlar haram (qadağan olunmuş) prinsipinə əsasən 2 dərəcəyə bölünür.
Yeni axtarış sistemi ərəb, fars, türk dilləri daxil olmaqla 15 dildə işləyir. İstifadəçi “qırmızı” təhlükə səviyyəsinə çatanda sistem axtarışa verilən sözü dəyişməyi məsləhət görür.
Layihənin müəlliflərinin sözlərinə görə, sistemi çoxsaylı müsəlman dostlarının xahişi ilə hazırlamışlar.
“Quql” və “Yahu” kimi axtarış sistemlərində dindar insanlar “əxlaqsız” məlumat axını ilə qarşılaşır.