Hollivud ulduzu Arnold Şvartseneger mükafatla təltif olunacaq
Bakı, 28 iyul, Emil Məlikov, AZƏRTAC
Hollivud ulduzu Arnold Şvartseneger “Cəsarət” mükafatı ilə təltif olunacaq.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, mükafatı Kaliforniyanın keçmiş qubernatoruna Los-Ancelesdəki Holokost Memorial Muzeyi təqdim edəcək.
Rəsmi məlumata görə, o, bu mükafata antisemitizm və fanatizmə qarşı apardığı uzunmüddətli təbliğatına görə layiq görülüb. Arnold Şvartseneger, eyni zamanda bu istiqamət üzrə müxtəlif tədbirlərə mütəmadi olaraq maddi dəstək verib.
“Cəsarət” mükafatı bəşəriyyəti bütün formalarda nifrət və qəddarlıqla mübarizə aparmaq üçün maarifləndirməni təcəssüm etdirir”, - deyə muzeyin rəhbəri Bet Kin vurğulayıb.