REGİONLAR
“İdman həftəsi” çərçivəsində Qəbələdə atletika üzrə rayon birinciliyi keçirilib
Qəbələ, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində martın 3-də Qəbələ Olimpiya İdman Kompleksində atletika idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin açılışında rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, iştirakçıları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, Azərbaycanın idman şərəfinin daha uca zirvələrə qaldırılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına əsasən, yarış 100 metr və 4x100 metr (estafet) məsafəyə qaçış, top atma növləri üzrə keçirilib. Hər üç mərhələdə qalib gəlmiş komandalara, həmçinin şəxsi birincilikdə fərqlənən idmançılara rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:47]
Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]