DÜNYA
İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz zəvvarlara və dünya müsəlmanlarına müraciət edib
![İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz zəvvarlara və dünya müsəlmanlarına müraciət edib](/files/2022/2/1200x630/1657359988919552408_1200x630.jpg)
Qahirə, 9 iyul, AZƏRTAC
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Həcc ziyarətində olan zəvvarları və bütün dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Kral Salman bin Əbdüləziz dövlət televiziyasında çıxışında krallığın COVID-19 ilə mübarizədə göstərdiyi müsbət səylər sayəsində bu il zəvvarların sayının bir milyona çatdırıldığını, onların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. O, dünya müsəlmanlarına sülh, rifah, Uca Allahın qarşısında günahlarının bağışlanması və Həcc ziyarətinin qəbul olunmasını arzulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]
Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar
- 03.07.2024 [19:03]