ELM VƏ TƏHSİL
“İKT sammiti”ndə qalib gələn işçi qruplar İstanbulda keçiriləcək beynəlxalq “İKT modeli” yarışmalarında iştirak hüququ qazanacaqlar
Bakı, 1 aprel (AZƏRTAC). Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) təşkilatçılığı ilə “İKT Modeli - Beynəlxalq təhsil layihəsi”nin təqdimat mərasimində çıxış edən DƏ-İKGF-nin baş katibi, səfir Elşad İskəndərov bildirmişdir ki, İKT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş diplomatları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri İKT məkanını təmsil edən gənclərə müvafiq mövzular üzrə məruzə oxuyacaqlar. İki aylıq kursların sonunda keçiriləcək “İKT sammiti”ndə qalib gələn işçi qruplar xüsusi mükafatla təltif olunacaq və onlar bu ilin iyununda İstanbulda keçiriləcək beynəlxalq “İKT modeli” yarışmalarında iştirak hüququ qazanacaqlar.