İQTİSADİYYAT
İlk dəfə olaraq MDB üzvü olan ölkələrdə və Gürcüstanda “Ən yaxşı yeni otel-2012” mükafatı təqdim ediləcəkdir
Bakı, 8 yanvar (AZƏRTAC). Yanvarın 31-dək MDB üzvü olan ölkələrdə və Gürcüstanda “Ən yaxşı yeni otel-2012” mükafatına nominantlar irəli sürüləcəkdir. Bu mükafat ilk dəfə aprelin 11-12-də Kiyevdə keçiriləcək Ukraynada və MDB üzvü olan digər ölkələrdə IV Mehmanxana Əməliyyatları Forumu («HVS Ukraine & CIS Hospitality Operations Forum» - «HVS UHOF») çərçivəsində təqdim ediləcəkdir.
AZƏRTAC HVS şirkətinin məlumatına istinadla xəbər verir ki, 2012-ci ildə MDB ölkələrində və Gürcüstanda açılmış nominant otelin nümayəndələri müsabiqədə iştirak etmək üçün sifariş formasını doldurmalı və [email protected] elektron ünvana göndərməlidirlər. Nominasiyada iştirak etmək üçün yaxın vaxtlarda tikilmiş və ya tamamilə yenidən qurulmuş, əməliyyat fəaliyyətinə 2012-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövrdə başlamış otellər müraciət edə bilər.