ELM VƏ TƏHSİL
“İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı başa çatmışdır
Bakı, 18 may (AZƏRTAC). Bakıda keçirilən “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı mayın 18-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş konfrans çərçivəsində “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin texnoloji problemləri” üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənilmişdir. İclaslarda İnternetdə informasiya təhlükəsizliyinin təminatı, milli kibertəhlükəsizlik strategiyalarının analizi, iqtisadi təhlükəsizliklə informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi, media-analitika və informasiya təhlükəsizliyi, e-dövlət mühitində dövlət sirrinin mühafizəsi problemləri, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri müzakirə olunmuşdur.