İNQUŞETİYA RESPUBLİKASININ PREZİDENTİ CƏNAB MURAT ZYAZİKOVA
Hörmətli Murat Maqomedoviç,
İnquşetiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli əməkdaşlıq bundan sonra da Qafqazda sülh, sabitlik və tərəqqi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2002-ci il