REGİONLAR
İntellektual yarışın qalibi Ucar gəncləri olub
Ağsu, 9 iyul, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar, Ağsu və Kürdəmir nümayəndəliyinin, Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həmin rayonlardan olan gənclər üçün "Həmrəy Könüllü" layihəsi çərçivəsində tədbir olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində “Nə?, Harada?, Nə zaman?” formatında intellektual yarış keçirilib. Gərgin və maraqlı keçən yarışın qalibi Ucar gəncləri olub. Qaliblər diplom və hədiyyələrlə təltif olunub.
Daha sonra görüş istedadlı gənclərin çıxışları və əyləncə proqramı ilə davam edib.
Qeyd edək ki, layihənin məqsədi könüllülərin könüllü fəaliyyətləri, layihə və tədbirlər ilə yaxından tanış olması, eyni zamanda müxtəlif nümayəndəlik gəncləri arasında koordinasiyanın, daha möhkəm qarşılıqlı ünsiyyətin qurulması olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [20:23]
Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib
- 03.07.2024 [15:54]
Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub
- 03.07.2024 [15:52]
Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO
- 03.07.2024 [15:36]
Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb
- 03.07.2024 [15:25]
Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
- 03.07.2024 [12:50]
Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb
- 03.07.2024 [12:34]