Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnternetdə fərdi məlumatları necə qorumaq olar?

İnternetdə fərdi məlumatları necə qorumaq olar?

Bakı, 30 sentyabr, AZƏRTAC

Son illər Azərbaycanda informasiya təhlükəsizliyi sahəsi çox sürətlə inkişaf edir. Bu irəliləyişin əsas tərkib hissələrindən biri həm hökumət, həm də özəl sektor tərəfindən fərdi məlumatların qorunması və kibertəhdidlərdən müdafiə etmək üçün müasir texnologiyaların və tənzimləyici sənədlərin qəbul edilməsi olub. Bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının qəbul olunmasıdır.

Daha əvvəlki illərdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ölkənin informasiya məkanının təhlükəsizliyinin qorunması, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və məlumatlılıq səviyyəsi artırılması işinə böyük dəstək oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev söyləyib.

Hələ 2010-cu ildə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini xatırladan müsahibimiz bu sənədin beynəlxalq standartlara uyğun hazırlandığını qeyd edib.

Babək Nəbiyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Qlobal Kibertəhlükəsizlik İndeksinə görə, Azərbaycan dünyanın ən yaxşı 50 ölkəsi arasında yer alır: “Bu, müsbət göstərici olsa da, sürətlə inkişaf edən kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün daha çox işlər görülməlidir”.

Mütəxəssis xatırladıb ki, 2018-ci ildə dünya üzrə kiberinsidentlərin 45 faizindən çoxu hədə-qorxu ilə pul tələb etmə məqsədilə “ransomware” proqramları ilə əlaqəlidir. Bu rəqəm son beş ildə davamlı olaraq artıb: “Azərbaycan da bu təhdidlərdən sığortalanmayıb, lakin yaradılan kompüter insidentlərinə operativ reaksiya verən xüsusi CERT komandalar (Computer Emergence Response Team) kimi qabaqlayıcı tədbirlər bu hücumların təsirlərini azaltmaq üçün nəzərdə tutulub.

Narahatlıq doğuran əsas məqamlardan biri də kibercinayətkarların getdikcə daha da “ağıllanması” və sürətlə təkmilləşməsidir. Azərbaycan da sənaye, bank sektoru, səhiyyə və təhsil və s. daxil olmaqla daha çox sahələri rəqəmsallaşmaya məruz qaldıqca, fərdi məlumatların qorunması problemləri daha kritik əhəmiyyət kəsb edir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, qlobal miqyasda kibercinayətlər nəticəsində vurulan ziyanın həcminin 2025-ci ildə 10,5 trilyon dollara çatacağı gözlənilir və bu kibertəhdidlər sırasında fərdi məlumatların qanunsuz ələ keçirilməsi xüsusi yer tutur.

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri vətəndaşların təhdidlər qarşısında fərdi məlumatlarını qorumaq üçün tövsiyələrini də verib. Onun sözlərinə görə, internetdə şəxsi hesabları qorumağın ən sadə və effektiv yollarından biri daha mürəkkəb şifrələrdən istifadə etməkdir. İstifadəçiləri qeyri-qanuni olaraq müxtəlif məqsədlərlə “qarmağa” salmaq üçün həyata keçirilən “Phishing” cəhdlərinə qarşı diqqətli olmaq lazımdır. Şübhəli linkləri aktivləşdirmək və ya tanış olmayan e-poçt ünvanından gələn e-məktublara cavab vermək məsləhət deyil. Həmçinin onlayn ünsiyyət zamanı fərdi məlumatları, şəkilləri və məkan haqqında məlumatları qəti surətdə paylaşmaq olmaz.

Müsahibimiz, həmçinin qeyd edib ki, əməliyyat sistemlərinin, brauzerlərin və digər proqram təminatı vasitələrinin yenilənməsi istifadəçini kibercinayətkarların sui-istifadə edə biləcəyi boşluqlardan, zəifliklərdən qoruyacaq.

B.Nəbiyev internet məkanında fərdi məlumatların qorunması texnologiyalarından biri kimi şifrlənmiş təhlükəsiz kommunikasiya kanallarından istifadə edilməsinin vacibliyini də qeyd edib.

Onun sözlərinə görə, həssas, kritik məlumatların ehtiyat nüsxələrinin çıxarılması, fərdi məlumatları paylaşarkən onlayn xidmətlərdə ondan necə istifadə edildiyini və yadda saxlanıldığını yoxlamaq da mühüm tədbirlərdən biridir. “Giriş üçün açıq olan ictimai “Wi-Fi” şəbəkələrinə qoşulduqda həddən artıq diqqətli olmaq lazımdır. Məsələn, onlayn bank əməliyyatları kimi riskli əməliyyatlar üçün ictimai “Wi-Fi” şəbəkə mühitindən istifadə etmək, ümumiyyətlə, məsləhət deyil”, - deyə müsahibimiz qeyd edib.

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri antivirus və “anti-malware” proqramlarından istifadə edilməsinin və onların müntəzəm olaraq yenilənməsinin vacibliyini də qeyd edib.

O bildirib ki, onlayn mühitdə informasiya təhlükəsizliyi mövzusunda ictimaiyyəti maarifləndirmə işləri davam etdirilməli, istifadəçilər geniş yayılmış kibertəhdidlər haqqında məlumatlandırılmalı, onlarla mübarizə aparmağın səmərəli yolları haqqında zəruri biliklərlə təmin edilməlidirlər”.

“Əlbəttə ki, müvafiq dövlət qurumları tərəfindən vətəndaşların fərdi məlumatlarının qorunması üçün davamlı olaraq kompleks texnoloji, təşkilati və hüquqi tədbirlər görülür. Lakin sürətlə rəqəmsallaşan cəmiyyətdə kibercinayətkarlığa qarşı daha səmərəli mübarizə aparmaq üçün biznes sektorunda fəaliyyət göstərən şirkətlərlə yanaşı, vətəndaş cəmiyyəti sektoru, xüsusən də vətəndaşlar bu kibertəhlükəsizlik tədbirlərində aktiv iştirak etməlidirlər”, – deyə Babək Nəbiyev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO