SİYASƏT
İordaniyanın “Əl-Ğəd” qəzetində “Filadelfiya Universiteti III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir” sərlövhəli məqalə dərc edilmişdir
![İordaniyanın “Əl-Ğəd” qəzetində “Filadelfiya Universiteti III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir” sərlövhəli məqalə dərc edilmişdir](/files/2013/3/1200x630/14071451435814311973_1200x630.jpg)
Əmman, 21 noyabr (AZƏRTAC). İordaniyanın nüfuzlu “Əl-Ğəd” qəzetində “Filadelfiya Universiteti III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin müəllifi, Filadelfiya Universitetinin professoru Amer Abu Əli yazır ki, Forumda İordaniya Senatının keçmiş sədri T.Masri, parlamentin üzvü Hazem Qaşu, eləcə də Əmin Maşaqbeh, Həni Həyəci, Sultan Həttab, Saleh Ruşeydat kimi nüfuzlu şəxslər iştirak etmişlər.
Müəllif qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilmiş Forumda dövlət başçısı geniş nitq söyləmiş və beynəlxalq humanitar məsələlərə toxunmuşdur.
Forumun işində Türkiyə, Bolqarıstan, Serbiya, Latviya və s. ölkələrin sabiq dövlət başçılarının, Nobel mükafatı laureatlarının, siyasət və elm xadimlərinin iştirakı məqalədə xüsusi vurğulanmışdır.
Asya Hacızadə
AZƏRTAC-in xüsusi müxbiri
Əmman