İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, martın 7-də AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, martın 7-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 955.47 AZN təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 955.47 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 955.47 AZN olması nəzərə alınmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]