İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir
![İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir](/files/2019/2/1200x630/15650799893456942162_1200x630.jpg)
Bakı, 6 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün bir sıra tələblər mövcuddur. Bunlara məntiqi və analitik düşünmə qabiliyyəti, xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti, yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,), ünsiyyət və təqdimat bacarığı daxildir.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 - 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən avqustun 26-dək “[email protected]” ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.
Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.