İran ABŞ əsgərlərini terrorçu hesab edir
Tehran, 9 aprel, AZƏRTAC
ABŞ-ın daxildə və beynəlxalq aləmdə etirazlara baxmayaraq, Prezident Donald Tramp rəsmən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) terrorçu təşkilat olduğunu bəyan etdi.
AZƏRTAC xəbər verir ki, rəsmi Vaşinqtonun bu addımına Tehranda dərhal reaksiya verilib. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ ordusunu terrorçu təşkilat, əsgərlərini isə terrorçu elan edib. Şuranın yaydığı açıqlamada deyilir ki, ABŞ İrana qarşı düşmənçiliyini davam etdirir. İqtisadi sanksiyaların faydasız olduğunu görən Vaşinqton administrasiyası təxribat xarakterli qərarlar qəbul edir. “Sepah”ın terror təşkilatı elan edilməsi qanunsuzdur, heç bir siyasi və diplomatik əxlaqa sığmır. “Sepah” regionda terrora qarşı amansız mübarizə aparır və İranın milli maraqlarını qoruyur. Onun Suriyada İŞİD terror qruplaşmasına qarşı apardığı mübarizənin nəticəsində minlərlə dinc sakin azad edilib. Məhz “Sepah”ın fəaliyyətinin nəticəsində İraq terrorçulardan təmizlənib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehra
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]