İRAN NEFTDƏN ƏLAVƏ GƏLİR ƏLDƏ ETMİŞDİR
M.Səttarifər demişdir ki, əgər neftin qiymətinin artım meyli davam etsə, əldə olunan əlavə gəlir ölkənin valyuta ehtiyatına yönəldiləcəkdir. O xatırlatmışdır ki, martın 21-də başa çatan ötən İran ilində ölkənin valyuta ehtiyatları 8,1 milyard dollar təşkil etmiş, bunun 4,4 milyardı istehsala və yeni iş yerləri yaradılmasına xərclənmişdir.
İranın neft naziri Bijan Namdar Zənqane isə bildirmişdir ki, ölkə hələ yaxın 50 il ərzində də neft və qazdan gəlir götürəcəkdir. O demişdir: “Biz öz proqramlarımızı elə işləyib hazırlamalıyıq ki, bu, neft və qaz ixracı sahəsində indiki əlverişli meyllərdən maksimum səmərəli istifadə etməyə imkan versin. Ölkədə neft və qaz yataqlarının aşkar edilməsi üçün aparılmış kəşfiyyat işlərinin yekunları göstərmişdir ki, bu gün dünya neft ehtiyatlarının 13 faizi, qaz ehtiyatlarının isə 18 faizi İrana məxsusdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]