Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşığa doğru yol maarifçilikdən keçir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Bilik Fondunun həyata keçirdiyi tədbirlər bu yolun müqəddəs olduğunu göstərir

Bakı, 10 may, AZƏRTAC

Heydər Əlirza oğlu Əliyev...

Bu ad Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bəşər tarixində yaşadığı məmləkəti müstəqil dövlətə çevirən liderlər olub. Heydər Əliyev dünya liderləri arasında müqayisəolunmaz fədakarlıq göstərərək, məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı fırtınalı ümmandan sağ-salamat çıxardı.

1993-cü il ölkə tarixində ən ağır il oldu. Hakimiyyət böhranı hələ yaradılmaqda olan ordunu sarsıtdı. Bundan istifadə edən düşmən əzəli torpaqlarımıza hücum etdi. Ölkəni uçuruma aparan siyasi qüvvələr, qanuni hakimiyyət acizliyini etiraf edərək, dahi insana müraciət ünvanladılar. Belə durumda bir kimsə məsuliyyəti üzərinə götürmək istəmirdi. Heydər Əliyev vəziyyətin gərgin olduğunu bilirdi, ancaq buna baxmayaraq, Azərbaycanın taleyini düşünərək dəvəti qəbul etdi və həmin gündən ölkənin üzünə gün doğmuş oldu.

Faktiki bütün resursları dağıdılan, əraziləri hər gün işğal olunan, əsgərləri güllələrə tuş gələn Azərbaycan matəm içində idi. Xalqı bu matəmdən xilaskar missiyası ilə Heydər Əliyev qurtardı.

Hələ 1969-cu ildən Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsi xalqın taleyinə Tanrı tərəfindən verilən mükafat idi. Heydər Əliyev bütün fəaliyyətini məhz ölkəsinin çiçəklənməsinə həsr etdi. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam!". Bu amalın daşıyıcısı olan şəxs SSRİ rəhbərliyində təmsil olunanda da vətəninin çiçəklənməsi naminə çalışdı. Heydər Əliyev bütün təlatümlərdən, siyasi maneələrdən alnıaçıq, üzüağ, vüqarla çıxaraq, ölkəsini bir an da olsun unutmadı və təəssübünü heç nəyə, heç kimə qurban vermədi.

1990-cı il yanvarın 22-də Heydər Əliyevin SSRİ-nin rəhbəri Mixail Qorbaçova etiraz müraciəti ünvanlaması ən böyük cəsarət nümayişi idi. O mətni bu gün də əzbər bilirik. Məhz Heydər Əliyevin müraciətindən sonra informasiya blokadası yarıldı və dünya Azərbaycanda yaşanan qətliamlardan xəbər tutdu.

Biz ümummilli lider adını qazanmış Heydər Əliyevi unutmuruq, onun əməllərini, ideyalarını, şəxsiyyətini öyrənir, öyrədirik. Hər ötən dövrdə Heydər Əliyevin dühası daha gur işıq saçır.

İşığa doğru yol maarifçilikdən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı həyata keçirdiyi tədbirlər də məhz bu yolun müqəddəs olduğunu göstərən amillərdəndir.

Bilik Fondu tək yubiley tarixlərində, doğum günlərində deyil, bütün fəaliyyəti boyu Ulu Öndərin adının əbədiləşdirilməsi missiyasını yerinə yetirir. İl başlayandan tədbirlərinin intensivliyi daha da artıb. Heydər Əliyev şəxsiyyətinə həsr olunan mühazirələr, yerli və beynəlxalq konfranslar, kollokviumlar, müsabiqələr, kitab təqdimatları, film və tamaşa nümayişləri dinləyicilərin və iştirakçıların böyük marağına səbəb olub.

Bilik Fondunun idarə heyətinin qərarı ilə Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı həyata keçiriləcək tədbirlərin planı hazırlanıb və ardıcıl icra olunur.

Bilik Fondu və digər dövlət qurumlarının - Təhsil Nazirliyi, icra hakimiyyəti orqanları, Heydər Əliyev mərkəzləri, bilik evlərinin birgə təşkilatçılığı ilə bölgələrdə, paytaxtda və xaricdə keçirilən tədbirlərdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, xarici vətəndaşlar iştirak ediblər.

21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda “dəyirmi masa” Ağdaşda keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edib.

Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının inzibati binasında “Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında rolu” mövzusunda mühazirə təşkil olunub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının dosenti Ariz Abdullayevin mühazirəsi maraqla dinlənilib.

Ağdaşda “Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda “dəyirmi masa” keçirilib. Şəmkir rayonunda Heydər Əliyevin fəaliyyətinə və şəxsiyyətinə həsr olunan “açıq dərs” təşkil olunub. Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının banisidir” mövzusunda mühazirəsi dinlənilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda keçirilmiş üçüncü beynəlxalq şagird konfransına Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Misir, İsrail və Gürcüstandan olan 101 məktəbli qatılıb.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabının təqdimat mərasimi olub.

Bilik Fondu “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda da silsilə tədbirlər təşkil edib. “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Ağsu Heydər Əliyev Mərkəzində, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP Nizami rayon təşkilatında, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu Qaradağ Heydər Əliyev Mərkəzində, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva Masallı peşə məktəbində, fakültənin televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli Abşeron Heydər Əliyev Mərkəzində, Fondun mətbuat katibi Ceyhun Musaoğlu Sumqayıt Heydər Əliyev Mərkəzində Ulu Öndərin müstəqil kütləvi informasiya vasitələrinin yaranmasında və inkişafındakı danılmaz rolundan danışıblar.

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Ulu Öndərin azərbaycanlıların soyqırımı hadisələrinin hərtərəfli tədqiqinə şərait yaradılmasında misilsiz xidmətlərindən danışılıb.

Türkiyənin Trabzon şəhərində ənənəvi beynəlxalq ədəbiyyat festivalı çərçivəsində “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə söyləyib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə gənclərin praktiki biliklərinin artırılması istiqamətində də tədbirlər keçirilib. Gənclər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər. Fondda təcrübə keçən Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, növbəti gün isə Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun, “Gənc jurnalistlər” və “Diplomatlar” klublarının üzvləri Ulu Öndərin zəngin və mənalı həyatını və fəaliyyətini əks etdirən bu muzeylə tanış olublar.

Bu gün 100 yaşlı müstəqil ölkənin imzası var imzalar içində. Heydər Əliyev bu yüksəlişin təməlini qoydu, üzərində ucalan Azərbaycan adlı müstəqil məmləkəti qurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ