REGİONLAR
İsmayıllının Buynuz kəndində gənclərlə görüş keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/1657346940331483871_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573469401275663317_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573469404258940318_1200x630.jpg)
İsmayıllı, 9 iyul, AZƏRTAC
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA İsmayıllı KOB Dostunun birgə təşkilatçılığı ilə Topçu İnzibati Ərazi Dairəsinə daxil olan Buynuz kəndində gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Topçu İnzibati Ərazi Dairəsi nümayəndəsi Gülzar Şirəliyeva, gənclər və idman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı KOB Dostu Afşin Əfsərbəyli, gənclər, habelə kənd sakinləri iştirak ediblər. 15 nəfərdən çox gəncin qatıldığı tədbirdə gələcək fəaliyyətini sahibkarlıq sahəsində inkişaf etdirmək istəyən gənclərə sahibkarlıq fəaliyyəti, dövlət tərəfindən sahibkarlara göstərilən dəstək xidmətləri, özünüməşğulluq layihələri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüş maarifləndirmə məqsədilə keçirilib. Əsas diqqət gənclər üçün sahibkarlıq imkanlarının artırılması, eyni zamanda onların könüllülük fəaliyyətinə cəlb olunmaları, gənclər tərəfindən startapların dəstəklənməsi olub.