İQTİSADİYYAT
İstehlakçıların aldadılması hallarının qarşısı alınır
Bakı, 18 fevral (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Cəvriyyə Babayevaya məxsus mağazada apardığı yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması hallarını müəyyənləşdirmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mağazanın pəncərəsində “50 faiz endirim” məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanmışdır.
Dövlət xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır. Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.