Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İzvestiya” qəzetinin 31 iyul tarixli nömrəsindəAzərbaycana həsr olunmuş tematik əlavə verilmişdir.

AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

İzvestiya A Z Ə R B A Y C A N İzvestiya

T E M A T İ K Ə L A V Ə

ƏSAS NAMİZƏD

Kimin xoşuna gəlsə də, gəlməsə də, prezident seçkilərində əsas namizəd ölkənin canlı əfsanəsi Heydər Əliyev olacaqdır.

Onun ölkə qarşısında olduqca böyük məsuliyyət hissi var. O, ölkəni hərc-mərclikdən çıxarmış, qayda-qanun yaratmış, bütün vətəndaşlar üçün təhlükəsiz həyat təmin etmişdir. Həyatın enişini də, yoxuşunu da görmüş, təqiblərə, - nə gizlədəsən, o cümlədən soydaşları tərəfindən, - məruz qalmış 70 yaşlı siyasətçi üçün 1993-cü ildə yenidən respublikaya rəhbərlik etməyə başlamaq qəhrəmanlıq idi.

O illərin siyasi hadisələri ona bütün işlərdən uzaqlaşmağa və sadəcə, öz ailəsi – uşaqları və nəvələri ilə birlikdə olmağa imkan vermirdi. Hətta sərt sovet qanunlarına görə də, onun buna haqqı vardı. Amma xalqın ona yenidən ehtiyacı oldu.

Azərbaycanlılar emosional, ekspressiv xalqdır. Bir tərəfdən, onlara islamın dünyəvi dəyərləri hakim kəsilmişdir, digər tərəfdən, ürəklərində avropalılara xas arzular var, daxilən isə başı qarlı uca Qafqazın zirvələri kimi məğrurdurlar.

1990-cı illərin əvvəllərində onlar Xilaskarın – Əliyevin qayıtmasına görə Ulu Tanrıya şükür edirdilər.

Bu gün isə onlar deyə bilərlər: bəli, Əliyev bizim Prezidentimizdir. Hə, nə olsun?

Prezident Əliyevin fundamental nailiyyətinin mahiyyəti də bax, bu “Hə, nə olsun?”dadır. Müstəqilliyin ilk illərində qorxudulanlar və heysiyyatı, mənliyi tapdalananlar indi azad-asudə düşünən və müstəqil vətəndaşlara çevrilirlər. Bu, məgər pisdir?

Odur ki, qazanılmış nəticələri, havayı əldə olunmayan, Prezident Əliyevin təsirli və səmərəli siyasəti ilə təmin edilmiş hüquq və azadlıqları qorumaq Azərbaycan üçün son dərəcə vacibdir. Bu siyasəti avtoritar siyasət, yaxud başqa cür də adlandırmaq olar, amma o, bütün hallarda ölkənin dirçəlməsinə, Azərbaycanın Avropaya doğru irəliləməsinə xidmət edir.

Heydər Əliyev iki əsas səbəbə görə yenidən seçkilərə gedir.

Birincisi. Dirçəlməkdə olan Azərbaycan amalı-qayəsi bəlli olmayan hakimiyyəti, mülkiyyətin yenidən bölüşdürülməsini, kimlərinsə öz şəxsi düşmənlərinə divan tutmasını özünə rəva görə bilməz. Özünü göstərməkdə olan yeni Azərbaycan burjuaziyası, - yeri gəlmişkən, o, məhz Əliyevin dövründə formalaşıb möhkəmlənmişdir, - ölkənin taleyi barədə hələlik az düşünür. Dövlətin indiki başçısının dövründə əldə edilmiş sabitlik özlüyündə təbii bir şey kimi qarşılanır. Elə bunun özü də Prezident Əliyevin siyasətinin böyük nailiyyətidir. “Bunu biz özümüz etmişik. Prezidentin buna nə dəxli var?” – iqtisadi sərbəstlik və ətək-ətək pul bəzilərinin beyinlərini dumanlandırır.

İkincisi. Azərbaycanda siyasi partiyalar çoxdur. Amma sıralarında qayda-qanun azdır. Artıq indi çoxları ifrat demokratiya azarına tutulmuşdur. Özlərini Əliyevdən də böyük demokrat kimi göstərməyə çalışırlar. Söz düşmüşkən, Prezident buna çox təmkinlə yanaşır. Onun əsəbləri möhkəmdir.

Siyasətdə varislik məsələsi qanuni məsələdir. Burada qeyri-təbii heç bir şey yoxdur. Ölkə və xalq qarşısında məsuliyyət hiss edən hər bir partiya özünün seçicilər qarşısında açıqladığı siyasətini axıradək aparmağa, vədlərini yerinə yetirməyə çalışır.

Daha bir məsələ barəsində. İndi az qala hər bir azərbaycanlı bu fikirdədir ki, dövləti o da idarə edə bilər. Buna görə də ölkənin rəhbəri olmaq arzusuna düşənlər çoxdur. Bu da Əliyevin nailiyyətidir. İnsanlar sərbəstləşmişlər, azaddırlar, ona görə də Konstitusiya ilə təmin olunanları heç kim onlara qadağan edə bilməz.

Əslinə qaldıqda, seçkiqabağı meydana öz opponentləri ilə bərabər hüquqlarla çıxmaq heç də hər siyasətçiyə qismət olmur, xüsusən də postsovet məkanında.

Heydər Əliyev müxalifətin cavabını verməyi qərara almışdır.

Heydər ƏLİYEV:

BİZİM ŞÜARIMIZ SABİTLİK VƏ TƏRƏQQİDİR

Azərbaycanda “Yeni Azərbaycan naminə” adlı təzə ictimai hərəkat yaradılmışdır. Onun təşəbbüsçüləri, ilk növbədə, ziyalıların nümayəndələri, habelə 200-dən çox ictimai təşkilatdır. Bu, Azərbaycan üçün qeyri-adi hadisədir. Ölkədə belə bir hərəkatın meydana gəlməsi vətəndaş cəmiyyətinin inkişaf etdiyinə sübutdur. Azərbaycanda seçicilərin siyasi fəallığı seçkilərin nəticələrinə marağının dərəcəsini göstərir. Seçicilər öz ölkəsi üçün qələbə istəyirlər.

Gennadi KUPAYEV

“Yeni Azərbaycan naminə” ictimai hərəkatda cəmiyyətin bütün təbəqələri təmsil olunmuşlar. Bu hərəkat ziyalıların bir neçə nüfuzlu nümayəndəsinin ideyasının təcəssümü kimi yaranmışdır.

İdeya ictimaiyyət tərəfindən dəstəklənmişdir. Tərəfdarları getdikcə artır. Bunun da səbəbi aydındır. Söhbət, ilk növbədə, oktyabrda keçiriləcək prezident seçkilərində Heydər Əliyevin namizədliyinin dəstəklənməsindən gedir.

Təşəbbüsün özü ölkədəki daxili siyasi vəziyyət üçün olduqca mühüm xarakter daşıyır. Azərbaycanın son illərdəki nailiyyətlərinin qorunub saxlanmasına ehtiyac duyulur. Ölkə yüksəlişdədir. O, çox böyük miqyaslı problemi dəf edə bilmişdir. Heydər Əliyevin 10 il əvvəl başladığı islahatların öz məntiqi və öz inkişaf məntiqi var. Qazanılmış nəticələr qəbul edilmiş qərarların səmərəli olduğunu sübuta yetirir.

Cəmiyyət narahatdır ki, belə çətinliklə əldə edilmiş sabitliyi seçkiqabağı qarşıdurma poza bilər.

Bütün bunlarla yanaşı, reallıq ondadır ki, dövlət başçısı ölkədə yüksək nüfuza malikdir və onun namizədliyini bütün ölkədə dəstəkləyirlər. Dövlət başçısı canlı tarixdir və onun son 34 ildə Azərbaycan üçün etdiklərinin hamısı seçicilərin gözləri qarşısında baş vermişdir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə.

Ona görə də Heydər Əliyevin seçkilərə gedərkən irəli sürdüyü “Sabitlik və tərəqqi” şüarı, demək olar, bütün ölkədə həm dəstəklənir, həm də başa düşülür. Sabitliyin qədir-qiymətini bilmək və tərəqqi uğrunda mübarizə aparmaq lazımdır. Mahiyyət də bax, bundadır.

“Yeni Azərbaycan naminə” hərəkata Azərbaycanın ən məşhur elm, mədəniyyət, incəsənət xadimləri daxildirlər. Hərəkatda hələlik təmsil edilməyən siyasi təşkilatlar da Prezident Heydər Əliyevin siyasi xəttini dəstəklədiklərini fərdi qaydada, yaxud da müxtəlif blokların tərkibində nümayiş etdirirlər.

“Yeni Azərbaycan naminə” hərəkat artıq geniş ictimai dəstəyə malik qüvvədir.

Bu cür təşəbbüslərin meydana gəlməsi inkişaf etməkdə olan vətəndaş cəmiyyəti üçün böyük xoşbəxtlikdir. Ölkədə baş verən hadisələrə öz münasibətini partiyalarda iştirak etmək vasitəsilə bildirmək heç də hamının xoşuna gəlmir. Vətəndaş mövqeyi elə bir yerdə də təzahür edir ki, hökm deyil, sən oraya dəvət olunasan, əksinə, özün gəlib deyirsən: mən gəlmişəm və bu işdə iştirak etmək istəyirəm. Mən öz borcumu və məsuliyyətimi də bunda görürəm.

Nəticə etibarilə, Azərbaycanda təmin edilmiş sabitlik inkişaf üçün, tərəqqi üçün zəmindir.

Bu gün Azərbaycanın sabitliyə olduqca böyük ehtiyacı var. İqtisadiyyatda əldə olunmuş 8-10 faiz illik artım sürəti son 10 ildəki səylərin və gərgin əməyin bəhrəsidir. Ölkə böyük sosialist istehsalından “kiçik formalı” kapitalizmə, əslində, keçməkdədir. Bu, ağır prosesdir. Amma nə etməli, dözməlisən. Ən başlıcası budur ki, ölkə haraya getməli olduğunu bilir!

SEÇİCİ. O, NƏ GÖZLƏYİR?

Azərbaycanda qayda-qanunu sevir və zəif rəhbərləri

qəbul etmirlər

Seçicilər sadə adamlar deyillər. Onlar seçkilər qarşısında başqa cür olurlar. Demokratiya buna məcbur edir. Kimin ardınca və nəyin ardınca getməli, nə üçün getməli? Bir çox həyati əhəmiyyətli məsələlərin artıq həll edildiyi müasir Azərbaycan şəraitində insanlar indiki dövrdə ölkənin hansı yolla irəliləməli olduğunu, həqiqətən, azad surətdə seçə bilərlər.

Araz AĞAYEV

Müstəqil dövlətin seçiciləri olmaq hüququnu cəmi 12 il əvvəl qazanan Azərbaycan vətəndaşlarının siyasi yönümü əksər hallarda bir arzu ilə - namizədin simasında sabitliyi təmin etməyə qadir insan görmək arzusu ilə müəyyənləşir. Ölkədə hərc-mərcliyə qarşı ikrah hissi var.

Seçicilərin səs verdikləri əvvəlki iqtidarlar məhz bu amili nəzərə almadıqlarına görə devrilmişlər. Ölkənin ilk prezidenti Ayaz Mütəllibov hərc-mərcliyin öhdəsindən gələ bilmədiyinə görə hakimiyyətdən uzaqlaşdırıldı. Elə ikinci iqtidar da ölkədə qayda-qanun yarada bilmədiyinə görə hakimiyyətdən getdi.

Bu amilin Azərbaycan seçicisi üçün nə qədər vacib olduğunu başa düşmək üçün hər iki komandanın hakimiyyətdə qaldığı müddətləri xatırlamaq yerinə düşərdi.

Mütəllibov müstəqil Azərbaycanın rəhbəri vəzifəsində dörd aydan bir qədər artıq - 1991-ci il oktyabrın 18-dən 1992-ci il martın 6-dək qaldı. Onun öz kürsüsünə qayıtmaq cəhdi isə tam uğursuz oldu. Qayıdış cəmi bir gün – mayın 14-dən 15-dək davam etdi. Mütəllibov bu dəfə də əhəmiyyət vermədiyi sabitlik amilinin güdazına getdi. Növbəti hakimiyyət cəmi bir il bir ay duruş gətirdi. 1992-ci ildə həmin qüvvələrin hakimiyyətə entuziazm dalğası üzərində gəldiyi nəzərə alınsa, bu, çox qısa müddətdir.

O dövrdəki iqtidarların ölkədə qayda-qanun yaratmağa qadir olmaması məlumdur. İnsanlar neçə-neçə sadə vətəndaşı həyatdan məhrum etmiş “azadlıq sərməstliyini” onlara bağışlamadılar. İnsanlar dövlətin acizliyini, günün günorta çağı qətl-qarətlər törədilməsini bağışlamadılar.

Mütəllibovun komandası ölkədə qanunsuz qruplaşmalar yaradılmasına, əslində, mane ola bilmirdi. Azərbaycan Xalq Cəbhəsi isə anarxiyanı demokratiya kimi qəbul edərək, ölkədə qanunsuzluğun genişlənməsinə şərait yaratdı.

Belə siyasətin bəhrələri özünü dərhal göstərdi. Xalqın əzab-əziyyəti barədə düşünən yox idi. Vəziyyəti, heç olmasa, müəyyən qədər düzəltmək üçün göstərilən gecikmiş cəhdlər bir nəticə vermirdi. Qayda-qanuna və sabitliyə nail olmağın yollarını heç kim bilmirdi.

Heydər Əliyevin hakimiyyətə gəlişi insanların sabitlik arzusunu həyata keçirdi. Bütün maneələrə, dəfələrlə göstərilmiş qiyam cəhdlərinə baxmayaraq, yeni prezident silahlı müxalifəti ləğv etməyə və sabitlik yaratmağa müvəffəq oldu.

Xalq da bunu istəyirdi. Heydər Əliyev də bunu etdi. Heydər Əliyev riskli iqtisadi islahatlara da getdi. Xalq üçün normal həyat şəraiti yaratmaq istəyi dövlətin siyasətinin öncül istiqaməti oldu.

İndi bəziləri iddia edirlər ki, müstəqilliyin ilk illərində əhalinin güzaranı yüksək idi, o dövrün iqtisadi göstəriciləri isə indikini üstələyirdi. Əslində isə, bu müqayisə kifayət qədər səhvdir. Əvvəla, sovet sisteminin mirası olan iqtisadi ehtiyatlar 1990-cı illərin başlanğıcında hələ qalırdı, bu ehtiyatları heç də o vaxtkı iqtidar yaratmamışdı. Digər tərəfdən, keçmişdən qalan ehtiyatların talan-tarac edilməsi prosesi gedirdi. Daha doğrusu, ölkədə quruculuq prosesi deyil, dağıtmaq prosesi gedirdi.

Bizim seçici üçün ən vacib məsələ sovet hakimiyyətindən qalmış mirası dağıtmaqdan deyil, əksinə, artırmaqdan ibarətdir. Odur ki, 1991-1993-cü illərdə hakimiyyətdə olmuş bu və ya digər qüvvələrin iqtisadi siyasətinin səmərəliliyindən heç söhbət gedə bilməz.

Azərbaycan vətəndaşlarına yeni iş yerləri, maddi rifahın yüksəldilməsi gərəkdir. Bunu sistemləşdirsək görərik ki, əhaliyə iqtisadi cəhətdən lazım olan budur: daimi iş yeri və sabit əmək haqqı.

Daha bir məqama toxunmaq yerinə düşərdi. Bir sıra siyasətçilər keçirdikləri kütləvi aksiyalarda tamamilə səhv olan belə bir şüardan istifadə edirlər: “Çörək, iş, Qarabağ”. Bu, özünün azı iki xüsusiyyətinə görə əməlli-başlı populizm əlamətidir.

İZVESTİYA: 4

Əvvəla, indi Azərbaycanda çörək problemi tamamilə aradan qaldırılmışdır. Bu faktla kimin razı olub olmayacağından asılı olmayaraq, çörək üçün 12 saatlıq növbələr artıq keçmişdə qalmışdır. İndi satışda ala-çiy, yemək üçün tam yararsız çörək görməzsən. Yaxın keçmişimizdə isə satışda məhz belə çörək var idi və bu, hamının yadındadır. Əgər söhbət alıcılıq qabiliyyətindən gedirsə, son illər əmək haqqının dəfələrlə artırılmasını nəzərə almaq kifayətdir.

İkincisi, ölkədə işsizlik problemi qismən də olsa, həll edilir. ”Çörək, iş, Qarabağ” şüarını irəli sürənlər də yəqin ki, bu problemin dərhal içərisində həll olunmasının qeyri-mümkünlüyünü başa düşür. Bunu da xatırladaq ki, artıq yoxsulluğun aradan qaldırılması ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Yəni problemi həll etmək üçün iş planı da vardır. Şüarın digər elementinə - Qarabağ probleminin həllinə gəldikdə isə, bu mövzu həmişə gündəlikdədir.

Bütövlükdə isə, Azərbaycan seçicisinin Qarabağ probleminin sülh yolu ilə həll olunmasına can atması təkcə bu məsələ ilə məhdudlaşmır. Ölkə vətəndaşları hər yerdə - evdə də, işdə də, ölkədə də, regionda da sülh, əmin-amanlıq olmasını istəyirlər. Seçici bunu da yaxşı başa düşür ki, prezident vəzifəsinə irəli sürdüyü və səs verdiyi şəxs onun bütün mənafelərini təmin edərsə, onda onun hər yerdə əmin-amanlıq görmək arzusu da həyata keçər.

Seçicini maraqlandıran, əlbəttə, təkcə yuxarıda sadalanan problemlər deyildir.

Həmin siyahını xeyli genişləndirmək olar. Bu mənada qarşıdakı seçkilər qələbə çalmaq əzmində olan namizədlərdən kifayət qədər mükəmməl seçki platforması tələb edəcəkdir. Başqa sözlərlə, o namizəd qalıb gələcək ki, onun seçki platforması politologiyanın nəzəri prinsipləri üzərində deyil, Azərbaycanın reallıqları, Azərbaycan seçicisinin mənafeləri üzərində qurulmuş olsun. Məhz belə modelli, müasir dövrün reallıqlarını nəzərə alan, lakin köhnə təcrübə üzərində qurulmuş platforma ən təsirli və uğurlu platforma olacaqdır. Seçicinin mənafelərini nəzərə almayan və hazırda bir çox siyasi qüvvələrin istifadə etdikləri platformalar təsirsiz olacaqdır.

“İzvestiya-Azərbaycan” səhifələrinin materialları

“İntellekt” tədqiqatlar mərkəzinin (Azərbaycan)

iştirakı ilə hazırlanmışdır.

Vasitəsiz nitq

MƏN NİYƏ HEYDƏR ƏLİYEVƏ SƏS VERƏCƏYƏM

Oktyabrda keçiriləcək prezident seçkiləri Azərbaycanın siyasi həyatında xüsusi hadisədir. Hamı ölkədə bərqərar edilmiş qayda-qanunun və dincliyin pozulmasından qorxur. Seçkiqabağı siyasi mübarizə çoxlarını narahat edir: bu mübarizə nəyə gətirib çıxara bilər? Heç kim istəmir ki, vətəndaş qarşıdurması ucbatından ölkədə əmin-amanlığa son qoyulsun.

Akif ƏLİZADƏ, Milli Elmlər Akademiyasının akademiki:

- Son on ildə Azərbaycan anarxiyadan, qarmaqarışıqlıqdan sabitliyədək ğörünməmiş çətin bir yol keçmişdir. “Yeni Azərbaycan naminə” ictimai hərəkat yaratmaq təşəbbüsü Azərbaycanımızın gələcəyi naminə sıx birləşmək arzusundan irəli gəlmişdir. Biz bir məqsəd - ölkənin irəliləməsi üçün sabitliyi qoruyub saxlamaq naminə birləşmişik.

Artıq on ildir ki, Heydər Əliyev Azərbaycana başçılıq edir. Bu on ilin salnaməsi, əslində, Vətənə, xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Bu on ildə Heydər Əliyev həmişə xalqa arxalanmışdır, xalq da, öz növbəsində, özünün bütün ümidlərini ona bağlamışdır.

Azərbaycanın siyasi cəhətdən fəal təbəqəsi – bir sıra ictimai təşkilatlar, siyasi qurumlar, habelə Yeni Azərbaycan Partiyası Heydər Əliyevin namizədliyini Azərbaycan Respublikasının prezidenti vəzifəsinə irəli sürmüşlər. O, əslində, ayrı-ayrı struktur və təşkilatlar tərəfindən deyil, məhz bütün Azərbaycan xalqı tərəfindən irəli sürülmüş namizəddir. Mən qəti əminəm ki, bu seçim Azərbaycanın gələcəyi naminə, təzələnən, çiçəklənən Azərbaycan naminə yeganə düşünülmüş və düzgün seçimdir.

Hamıya aydındır ki, vətəndaşlarımız on il əvvəlki dövrün sarsıntılarını bir daha yaşamaq istəmirlər və onların yeganə arzusu Azərbaycanda bərqərar edilmiş sabitliyin qorunub saxlanmasından, ölkənin tərəqqisinə nail olmaqdan ibarətdir. Heydər Əliyevi yenidən dövlətin başçısı vəzifəsində görmək arzusu ölkədə sakitliyin və qayda-qanunun təminatı deməkdir.

Kamal ABDULLA, Azərbaycan Mədəniyyət Fondunun sədri, professor:

-Biz bir neçə nəfər - yaradıcı adamlar, həmkarlar belə bir hərəkat yaratmaq ideyasını müzakirə etdikdə, təsəvvürümə də gətirməzdim ki, o, belə geniş miqyasda dəstəklənəcəkdir. “Yeni Azərbaycan naminə” ictimai hərəkatını bir günlüyə, bir aylığa, müəyyən dövr üçün yaradılmış hərəkata oxşatmaq olmaz. Əgər bu gün məqsədimiz prezident seçkiləri ilə əlaqədar addımlar atmaqdan, vətəndaşların qarşıdakı seçkilərdə fəal, düşünülmüş, şüurlu iştirakını təmin etməkdən ibarətdirsə, sabah birgə fəaliyyətimiz yeni Azərbaycan naminə davam etdirilməlidir. Bu məqsədin çox böyük əhəmiyyəti, bu işin nəcibliyi bir daha sübut edir ki, biz düz yoldayıq.

Zənnimcə, bu, nəcib vəzifədir. Yaratdığımız ictimai hərəkat özünü həm seçkilərə hazırlıq prosesində, seçkilərin gedişində, həm də onlardan sonra göstərəcəkdir. Deyirlər ki, niyyətin hara, mənzilin də oraya. Yolumuz da, məqsədimiz də hamıya məlumdur – Azərbaycanın tərəqqisinə nail olaq.

Rəfiqə ƏZİMOVA, “Sevil” Qadınlar Məclisi elm mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru:

-İctimai şüur hər an, xüsusən də, tarixin gərgin və ekstremal mərhələlərində ictimai hərəkata, ictimai fəaliyyətə çevrilə bilər. Bu, təbii prosesdir. İctimai şüur cərəyan edən proseslərin ümumiləşdirilmiş təzahürüdür. Son on ildə formalaşmış ictimai şüur müqayisə prinsipinə əsaslanır. Adamı aldatmaq olar, amma onun şüurunu aldatmaq qeyri-mümkündür. Yaratdığımız ictimai hərəkat ictimai şüurun möhkəm bazasına arxalanaraq öz işinə başlamışdır. Bu hərəkat Heydər Əliyevi dəstəkləməklə Azərbaycanın sabit inkişafının dönməz xarakter almasına çalışır. Arzumuz budur ki, ölkəmiz dünya dövlətləri arasında layiqli yer tutsun və onun qüdrəti artsın. XX əsr sübut etdi ki, hər hansı bir siyasi texnologiya siyasi müdrikliyə arxalanmasa, özünün pozucu mahiyyətini gec-tez büruzə verəcəkdir.

Bu gün biz Heydər Əliyevi təkcə siyasətçi kimi deyil, həm də müdrik siyasi xadim kimi dəstəkləyirik. Mənə elə gəlir, indi - keçid mərhələsində başlıca məsələ ondan ibarətdir ki, siyasi müdriklik bizə hava və su kimi gərəkdir. Biz bu siyasi müdrikliyi Heydər Əliyevin şəxsiyyətində həmişə görmüşük.

Şəkər ABDULLAYEVA, Qax rayonundakı 2 nömrəli orta məktəbin müəllimi:

- Prezident Heydər Əliyevin fəaliyyəti sayəsində bu gün beynəlxalq aləmdə şöhrəti getdikcə artan yeni bir Azərbaycan qurulur. İqtisadiyyatla yanaşı təhsil, elm, mədəniyyət sahəsində də böyük uğurlar qazanılmışdır. Uzun illər kənd yerində işləmiş və böyük əmək stajı olan bir müəllim kimi mənim üçün xüsusilə sevindiricidir ki, ölkəmizin Prezidenti Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə, müəllimlərin, pedaqoqların, bu sahədə çalışanların hamısının sosial rifahının yaxşılaşmasına daim qayğı göstərir. Təhsil işçilərinin əmək haqqının dəfələrlə artırılması, dərsliklərin nəşrinə xüsusi diqqət yetirilməsi, müəllimlərin əməyinin qiymətləndirilməsi, onlara fəxri adlar verilməsi buna əyani sübutdur.

Təhsil işçiləri “Yeni Azərbaycan naminə” ictimai hərəkatı alqışlayır, ona qoşulurlar və ölkənin inkişafına, dövlətimizin nailiyyətlərini artırmağa, Azərbaycan xalqının şəksiz lideri Heydər Əliyevin siyasi xəttinə sadiq olmağa qadir vətəndaşların yeni nəslinin yetişdirilməsinə öz töhfəsini verəcəklər.

İbrahim MUSTAFAYEV, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü:

-Bu yaxınlarda ölkənin təxminən 200 gənclər təşkilatı “Gəncliyin seçimi- Heydər Əliyev” hərəkatını təsis etdi və o, “Yeni Azərbaycan naminə” ictimai hərəkata qoşuldu.

Biz, Yeni Azərbaycan Partiyasının gənc üzvləri olaraq öz seçimimizi hələ 1992-ci ildə etmişik. Bu gün respublikamızın siyasi həyatına yeni təfəkkürə və dünyagörüşünə malik gənclik qədəm qoyur. Bu gənclik nəinki demokratiyanın və müstəqilliyimizin təminatçısıdır, həm də ölkəni milli tərəqqi yoluna çıxarmış Heydər Əliyev siyasi xəttinin XXI əsrdə davam etdirilməsinin etibarlı amilidir. Biz “Yeni Azərbaycan naminə” ictimai hərəkata qoşulduq, çünki bu seçim zamanın tələblərindən, xalqımızın maraqlarından, tarixən formalaşmış milli, siyasi və ictimai ideyaların tələblərindən irəli gəlir.

MƏN NİYƏ ƏLİYEVƏ SƏS VERƏCƏYƏM

Minayə NƏBBAQİ, Bərdə rayonu 5 nömrəli orta məktəbin müəllimi:

-Ölkəmizin təhsil işçilərinin əksəriyyəti, 300 min nəfərdən çoxu 1970-1980-ci illərin yetirməsidir. O illərdə ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə sağlam mənəvi iqlim yaradılmış, ali məktəblər öz qapılarını yalnız savadlı, istedadlı gənclərin üzünə açmışdı. Adi fəhlələrin, kolxozçuların övladları universitet təhsili alırdılar. Prezidentimiz bu gün də həmin müqəddəs missiyanı uğurla davam etdirir.

Kamran MİKAYILOV, Qusar rayonu Piral kənd orta məktəbinin müəllimi:

- 1991-1993-cü illərdə Azərbaycanda milli sərvətlər talan edilir, mənəvi dəyərlər sıradan çıxarılır, təhsil müəssisələri pis günə düşür, xalqın böyük əksəriyyəti kimi, müəllimlər də dilənçi vəziyyətində yaşayır, hər yerdə hərc-mərclik, anarxiya hökm sürürdü.

1998-ci ildən Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə təhsil sistemində islahatlar başlanmış, bu da həyatın ən mühüm sahəsində tənəzzülü və durğunluğu aradan qaldırmağa imkan vermişdir. Bax, buna görə də, qarşıdakı prezident seçkilərində bütün ziyalılar Heydər Əliyevi dəstəkləməli, sülhə, sabitliyə, iqtisadi və mənəvi tərəqqiyə səs verməlidirlər.

Firdovsi ATAKİŞİYEV, S.Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru:

-Heydər Əliyev hakimiyyətə 1993-cü ildə, Azərbaycanın başı üstünü qara buludlar alanda qayıtmış və Vətəni fəlakətdən xilas etmişdir. O, ölkənin bütün sağlam qüvvələrini quruculuğa səfərbər edə bildi, bunsuz isə Azərbaycanın gələcəyi yoxdur. Bax, elə buna görə də, mən Prezidentimizin namizədliyinin dəstəklənməsi üzrə hərəkatın yaradılması işində böyük məmnuniyyətlə iştirak etdim və bizim çağırışımıza səs verən bütün gənclərə ürəkdən minnətdaram. Biz - incəsənət xadimləri yaradıcı adamlarıq. Öz fəaliyyətimizi davam etdirmək üçün bizə sakit şərait lazımdır. Belə şəraiti isə məhz Heydər Əliyev yaratmışdır. Əminəm ki, hörmətli Prezidentimiz qarşıdakı seçkilərdə qalib gələcək, çünki onun biz gənclər kimi etibarlı dayağı vardır.

Zaur ADIGÖZƏLOV, Təşəbbüs qrupunun üzvü, Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclər Təşkilatının sədri:

- Biz “Gənclərin seçimi - Heydər Əliyev” hərəkatının təsis konfransına toplaşaraq öz yolumuzu müəyyənləşdirmişik. Çox təəssüflər olsun ki, 1988-1993-cü illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etməmişdir. O dövrdə Azərbaycan xalqına rəhbərlik edən “şəxslər” vətəndaş müharibəsinin, qardaş qırğınının, Dağlıq Qarabağ probleminin yaranmasına rəvac verdilər. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə durmuşdu. Biz gənclər o dövrü çox gözəl xatırlayırıq. Biz bir daha o mühitin ab-havası ilə yaşamaq istəmirik. Biz müstəqil Azərbaycanda yaşamaq istəyirik. Demokratiyanın, söz azadlığının, plüralizmin hökm sürdüyü ölkədə yaşamaq istəyirik. Məhz buna görə də Azərbaycan gəncləri Heydər Əliyevə səs verəcəklər.

AZƏRBAYCAN TEMATİK ƏLAVƏ AZƏRBAYCAN

Heydər Əliyev dünya siyasət meydanında qeyri-adi, bənzərsiz şəxsiyyətdir. O, hətta sovet dövrünün böyük partiya xadimi olduqda belə, özünü dövlət xadimi və dövlət miqyaslı xadim kimi göstərə bilmişdir. Onun MK və Siyasi Büro üzrə həmkarlarının çoxlarının adları və soyadları çoxdan unudulmuşdur. Onu, Əliyevi isə tanıyır və xatırlayırlar. Sov.İKP MK Siyasi Bürosunun ona müəyyən etdiyi taleyə baxmayaraq, siyasətdə qala bildi. Nəinki qala bildi, hətta beynəlxalq miqyaslı sima oldu. Elə bunu demək kifayətdir.

O, heç nəyə baxmayaraq, vaxtilə cəsarətlə hakimiyyətə qayıtdı və müstəqillik qazanmış ölkəsi məhv olmaq təhlükəsi ilə üzləşdikdə yenidən məsuliyyəti öz üzərinə götürdü.

Dünya liderləri bu cəsarətli və uzaqgörən siyasətçi ilə məmnuniyyətlə görüşürlər. O, siyasətin necə qurulduğunu və necə qurulmalı olduğunu bilən adamlardan biridir.

Heydər Əliyev kimi təcrübəli və bacarıqlı, ən başlıcası isə, əməksevər siyasətçilər dünyada tək-təkdir.

TANINMIŞ LİDER

PREZİDENT ÇAĞIRIŞI QƏBUL ETDİ

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Sosioloji Tədqiqatlar Xidmətinin bu yaxınlarda keçirdiyi anket sorğusu 2003-cü ilin ən mühüm hadisəsinə- prezident seçkilərinə həsr edilmişdir. Bu ciddi sorğu idi və onun nəticələri hər cəhətdən vacibdir. İnsanlar ölkədə ən ali hakimiyyətə bu və ya digər iddiaçının fəaliyyətini necə qiymətləndirirlər? İnsanlar ölkənin və dövlətin həyatında Prezident Heydər Əliyevin rolunu necə qiymətləndirirlər?

Sorğu Bakı sakinləri arasında seçmə üsulu ilə 500 respondent arasında aparılmışdır. Sorğuda əhalinin aşağıdakı sosial təbəqələri iştirak etmişdir: işsizlər (100 nəfər), tələbələr (50 nəfər), müəllimlər (50 nəfər), səhiyyə işçiləri (50 nəfər), təqaüdçülər (50 nəfər), fəhlələr (50 nəfər), qulluqçular (50 nəfər), evdar qadınlar (30 nəfər), jurnalistlər (20 nəfər), qaçqınlar (50 nəfər). Sorğu iştirakçılarının 58 faizini kişilər, 42 faizini isə qadınlar təşkil etmişdir.

1. Siz Heydər Əliyevin Prezident vəzifəsində

fəaliyyətini necə qiymətləndirirsiniz?

Müsbət - 72 faiz

Mənfi - 18 faiz

Nə müsbət, nə mənfi - 8 faiz

Cavab verməkdə çətinlik çəkirəm - 2 faiz

Bundan nə nəticə çıxarmaq olar?

Həmin suala verilən cavablar göstərir ki, əksəriyyət seçkilərdə Heydər Əliyevi tam dəstəkləyəcək və onun qələbəsini arzulayır. Prezident Heydər Əliyev nüfuzunu və xalqın hörmətini qoruyub saxlamışdır. Keçmiş SSRİ məkanında rəhbərlərin yalnız çox az hissəsi buna nail olmuşdur. Yeri gəlmişkən xatırladaq ki, son illər MDB-də belə nəticəyə ancaq Rusiya prezidenti Vladimir Putin nail olur.

2. Heydər Əliyev öz fəaliyyəti dövründə

hansı sahələrə daha çox təsir göstərmişdir?

Dövlət quruculuğu - 82 faiz

İqtisadiyyat - 52 faiz

Xarici siyasət - 76 faiz

KİV-lərin fəaliyyəti - 50 faiz

Sosial siyasət - 48 faiz

Elm və təhsil - 40 faiz

Hüquq və qanunvericilik - 68 faiz

Səhiyyə - 36 faiz

Qarabağ münaqişəsinin nizamlanması - 72 faiz

Bu, nə deməkdir?

Prezident Əliyevin 10 il ərzində gördüyü işlər ictimai rəydə öz əksini tapmışdır. İlk üç istiqamətlə bağlı ayrıca izahata xüsusi ehtiyac yoxdur. Heydər Əliyevin hakimiyyətə gəldiyi elə ilk andan ölkənin xarici siyasət xətti və Qarabağ münaqişəsinin nizama salınması onun fəaliyyətinin ən mühüm tərkib hissəsi kimi fərqlənmişdir. Şübhəsiz ki, bu da ictimai rəydə öz əksini tapmışdır.

Respondentlərin cavablarında sosial siyasət, elm və təhsil, səhiyyə kimi istiqamətlərin nisbətən aşağı faizdə olması diqqəti cəlb edə bilər. Bunu isə belə izah etmək mümkündür ki, indiki mərhələdə məhz həmin sahələrdə islahatlar və dəyişikliklər gözlənilir. Prezidentin son aylarda imzaladığı Fərman və Sərəncamlar belə deməyə əsas verir ki, onun fəaliyyətinin növbəti 5 ilində sosial yönümlü vəzifələr üstünlük təşkil edəcəkdir.

3. Siz inanırsınız ki, Heydər Əliyev...

Sabitliyi qoruyub saxlayacaq?- 92 faiz

Azərbaycanın iqtisadi inkişafına nail olacaq?- 82 faiz

İslahatlar xəttini gücləndirəcək?- 58 faiz

Əhalinin rifah halını yaxşılaşdıracaq?- 76 faiz

Qarabağ problemini həll edəcək?- 64 faiz

Zəruri izahatlar

Nəticələr bir çox cəhətdən maraqlıdır. Əvvəla, hətta Prezidentin fəaliyyətini mənfi qiymətləndirən respondentlərin də bir hissəsi Heydər Əliyevi sabitliyin təminatçısı hesab edir və inanır ki, o, iqtisadi inkişafa nail olacaq, əhalinin rifah halını yaxşılaşdıracaqdır. Digər tərəfdən, Qarabağ probleminin nizama salınması uzansa da, Azərbaycan vətəndaşları həmin məsələnin həllində ümidlərini Heydər Əliyevlə bağlayırlar. Xatırladaq ki, həmin suala cavab verən qaçqınların əksəriyyəti “Qarabağ problemini həll edəcək” variantını göstərmişlər.

4. Heydər Əliyevin hansı keyfiyyətləri sizə cəlbedici görünür?

Uzaqgörənliyi- 84 faiz

Kompromislərə hazır olması- 40 faiz

Tələbkarlığı- 78 faiz

Bütün keyfiyyətləri- 34 faiz

Qətiyyətliliyi və prinsipiallığı- 76 faiz

Təcrübəsi- 68 faiz

Müxtəlif cavablar- 8 faiz

Zəruri izahatlar

Sual sadə şəkildə və açıq, qeyd-şərtsiz cavab almaq ümidi ilə qoyulmuşdur. Nəticə göz qabağındadır. Yekunda anketlərə sorğu iştirakçılarının 34 faizinin cavabı daxil edilmişdir- “Bütün keyfiyyətləri”.

5. Siz Heydər Əliyevin prezident seçkilərindəki şansını necə qiymətləndirirsiniz?

Qələbə qazanacaq- 68 faiz

İkinci turda qələbə qazanacaq- 6 faiz

Məğlub olacaq- 10 faiz

Cavab verməkdə çətinlik çəkirəm- 2 faiz

İkinci turda məğlub olacaq- 14 faiz

Aşkar nəticələr

İctimai rəydə heç bir qeyri-adi dəyişiklik baş verməmişdir. Cavablardan göründüyü kimi, Heydər Əliyev 2003-cü ilin prezident seçkilərində də alternativsiz liderdir.

ŞƏKİL SÖZLƏRİ

Heydər Əliyev: seçkilərdən qorxmaq lazım deyil

Heydər Əliyev Rusiya ilə münasibətləri köklü surətdə yaxşılaşdırdı

Heydər Əliyev Avropada arzuedilən və fəxri qonaqdır Heydər Əliyev dinlərarası sülhün qədir-qiymətini bilir Heydər Əliyev uzaq Amerika ilə də etibarlı münasibətlər qura bilmişdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ