İDMAN
Joze Mourinyu: “Qvardiola oyundan zövq almır – buna görə də dazdır”
Şahidlərin sözlərinə görə, “Real” və “Barselona” futbol klublarının sabiq məşqçiləri arasında başlanan mübahisə meydanda qazonun uzunluğu ilə bağlı olub. Xosep Qvardiola deyib ki, meydançada ot 1,5 santimetrdən uzun olmamalıdır, çünki bu, oyunu sürətləndirir. Joze Mourinyu onun bu fikrinə irad tutaraq bildirib ki, hər kəsin öz oyun üslubu var və buna hörmət etmək lazımdır. Futbolu müxtəlif üsullarla maraqlı etmək olar.
X.Qvardiola buna cavab olaraq deyib: “Futbolun gözəlliyi məşqçidən asılıdır. Lakin Joze Mourinyu, deyəsən, nəticəni gözəllikdən üstün tutur. Bilirəm, onun üçün əhəmiyyətli olan yalnız budur”.
“El Confidential” qəzeti yazır ki, daha sonra portuqaliyalı həmkarı “Bavariya”nın məşqçisi barəsində çox sərt danışıb.
Joze Mourinyu deyib: “ Oyundan zövq alanda saçınızı itirmirsiniz, Qvardiola isə dazdır. O, futboldan zövq almır”.