Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kanadalı jurnalist: Ermənilərin insanlığa qarşı törədilən ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir

Kanadalı jurnalist: Ermənilərin insanlığa qarşı törədilən ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir

Bakı, 8 iyul, AZƏRTAC

Kanadadakı yəhudi icmasına məxsus “Canadian Jewish News” portalında jurnalist Raçel Avrahamın Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri ilə bağlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, ivrit dilində dərc edilən məqalədə sovet dövründə 100 minə yaxın əhalisi olan Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal olunaraq talan edildiyi və dağıdıldığı bildirilib.

Müəllif səfəri barədə məlumat verərək bildirib: “İsrailin sabiq rabitə naziri Ayub Kara və Bakının nüfuzlu ADA Universitetində təşkil olunmuş müzakirələrdə iştirak edən digər 22 xarici ekspertlə birgə Qarabağ bölgəsindəki Ağdam şəhərinə səfər etdim. Səfər zamanı biz XVIII-XIX əsrlərdə Qarabağ xanlarının ailə üzvlərinin məzarlarının olduğu İmarət qəbiristanlığını ziyarət etdik. Ermənilər işğal dövründə tarixi abidələrdən, türbələrdən donuz tövləsi kimi istifadə ediblər. Həmin türbələr məhv edilib. Qarabağ xanlarının məzarlarının gözəl türk memarlığı üslubunda tikilmiş türbələrinin yerində indi yalnız dağıntılar qalıb. Bu obyektlərin Ümumdünya İrs Siyahısına salınmış abidələr kimi tanınması əvəzinə, onlara göstərilən münasibət ürək ağrıdır”.

Raçel Avraham vurğulayıb ki, İmarət qəbiristanlığı erməni işğalçıları tərəfindən təhqir edilən yeganə tarixi məkan olmayıb. Ermənilər Ağdam şəhərində 1860-cı illərdə tikilmiş tarixi məscidi gözətçi qülləsinə və donuz tövləsinə çeviriblər. Məscidin tamamilə dağılmamasının yeganə səbəbi də məhz budur. Bu ərazidə 60-dan çox məscid tamamilə dağıdılıb. İşğaldan əvvəl, o cümlədən İkinci Dünya müharibəsi illərində də sovet əsgərlərini də təmin edən tarixi Ağdam Çörək Muzeyində çörək nümunələri qorunurdusa, indi həmin qiymətli tapıntıların qalıqlarından belə əsər-əlamət yoxdur. Oradakı bütün digər eksponatlar tamamilə məhv edilib. Muzeyin binası yandırılıb.

“Erməni cinayətkarlarının bütöv bir şəhəri dağıtmaq kimi mənfur əməlinin səbəblərini anlamaq çox çətindir. Onların İkinci Dünya müharibəsi dövründən qalan çörək nümunələri kimi nadir mədəni sərvəti niyə məhv etdiklərini, məscidlərdə at və donuz saxlamaq istəyini başa düşmürəm. Meyitlərin dişindən bir neçə qızıl diş qoparmaq üçün yüzlərlə məzarı niyə təhqir etdiklərini də başa düşmürəm. İnsanlığa qarşı bütün bu ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir. Mən UNESCO-nun Ağdamda dağıdılmış və dünya irsinə məxsus abidələrin dağıdılmasına etiraz etməməsini və ermənilərin bu hərəkətlərini niyə qınamadığını başa düşə bilmirəm. Beynəlxalq ictimaiyyət hara baxır? BMT hara baxır? BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozan və bütöv bir regionda etnik təmizləmə aparan Ermənistana qarşı ABŞ Konqresi niyə bu qədər ermənipərəst mövqe tutur?”, - deyə müəllif təəssüflə vurğulayıb.

Reyçel Avraham bildirib ki, Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Maksim Qoən ona Ağdama ikinci dəfə səfər etdiyini bildirərək böyük dağıntıların şahidi olduğunu deyib. O qeyd edib: “Nifrətin nə demək olduğunu bilmək istəyirsinizsə, Ağdama və Qarabağ bölgəsinə səfər edin. Ermənistan rejimindəki millətçi ünsürlərin burada nələr etdiklərini öz gözlərinizlə görün”.

İsrail Akademiya Monitorunun direktoru Barnet Dana isə bildirib ki, 30 illik işğal zamanı burada hər şeyin məhv edildiyi aşkar faktdır, Çörək muzeyinin dağıdılması çox utancvericidir.

Ağ evin Prezident Komitəsinin üzvü Kordell Karter Ağdama səfər edənədək bu şəhər haqqında məlumatsız olduğunu, belə bir fəlakətin ilk dəfə şahidi olduğunu deyib. Onun sözlərinə görə, Qərb ictimaiyyəti bu barədə daha ətraflı məlumatlandırılmalıdır.

Qarabağda erməni vandallarını törətdikləri dəhşətli dağıntıları öz gözləri ilə gördüyünü bildirən Ayub Kara vurğulayıb: “Azərbaycan Qarabağın sahibidir. Bu, qanunidir və Ermənistan bunu qəbul etməlidir. İki ölkə arasında münasibətlərin normallaşması üçün bütün dairələrdən olan insanlar sülh istiqamətində çalışmalıdırlar. Sülh ən doğru yoldur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib  YENİLƏNİB

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib  YENİLƏNİB

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir