ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun növbəti iclası dissertasiya işinin müzakirəsinə həsr edilib
![Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun növbəti iclası dissertasiya işinin müzakirəsinə həsr edilib](/files/2021/2/1200x630/16252956662386115647_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsinə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin doktorantı Vüsal Ağayevin kimyəvi kinetika və kataliz ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Toluolun benzola və ksilollara dismutasiya reaksiyası üçün modifikasiya edilmiş seolit katalizatorunun seçilməsi, kinetika və mexanizminin öyrənilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi olub.
Müzakirədən sonra dissertasiya işinin Dissertasiya Şurasına təqdim edilməsi haqqında qərar qəbul edilib.