DÜNYA
Kazbeqi dağlarında üç rusiyalı alpinist itkin düşmüşdür
Tbilisi, 10 yanvar (AZƏRTAC). Gürcüstan-Rusiya sərhədində yerləşən yüksək dağlıq Kazbeqi rayonu ərazisində 3 nəfər rusiyalı alpinist itkin düşmüşdür.
Kazbeqi Rayon İcra hakimiyyətinin başçısı Şalva Eloşvilinin dediyinə görə, 4 rusiyalı alpinist buradakı dağların birinin zirvəsindən enərkən qar sürüşüb onlardan 3 nəfərini aparmışdır, bir nəfər isə salamat qalmışdır.
Hazırda o, Kazbeqi rayon xəstəxanasında müalicə olunur. Həkimlər pasiyentin barmaqlarını şaxta vurduğunu bildirmişlər.
Artıq xilasedicilər turistlərin axtarışına başlamışlar. Lakin əlverişsiz hava şəraiti bu işi çətinləşdirir. Onların fikrincə, alpinistlərin sağ qalma ehtimalı çox azdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [19:51]
Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib
- 17.05.2024 [19:37]
Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır
- 17.05.2024 [18:02]
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər
- 17.05.2024 [17:19]
CAR-da çökən binada xilasetmə işləri yekunlaşır
- 17.05.2024 [16:49]