REGİONLAR
Kişilərlə qadınlara bərabər imkanların yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir
Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Sosial iş və psixologiya fakültəsinin tələbələrinə “Gender əsaslı zorakılığa məruz qalan şəxslərin sosial işin təşkili”nə dair təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən Gülsüm Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən gender bərabərliyinin təminatına dair qəbul edilən qanunlar qadınların cəmiyyətin bütün sahələrində fəallığının artmasında öz bəhrəsini verməkdədir. Kişilərlə qadınlara bərabər imkanların yaradılmasının, gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Təlim zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müdir müavini Sara Ağayeva və psixoloq Nərmin Ataxanlı gender əsaslı zorakılığa məruz qalmış şəxslərə sosial-psixoloji yardımın göstərilməsində diqqət edilməli olan etik qaydalardan danışıb, tələbələrə maarifləndirici məlumatlar verilib.