REGİONLAR
Könüllü gənclər Gəncədə şəhid ailələri ilə görüşüblər
Gəncə, 2 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gənclər Fondu və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyası ilə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda, ümumilikdə, gənclər tərəfindən 147 şəhid ailəsi ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.
Bu çərçivədə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, “BİR” Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhərlərdə Şəhidlər xiyabanlarını ziyarət edib, daha sonra şəhid soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, dəstəklərini nümayiş etdiriblər.