KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜMUMXALQ İŞİNƏ ÇEVRİLMƏLİDİR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 12-də Masallı şəhər mədəniyyət evində “Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması” mövzusunda keçirilmiş dəyirmi masada səslənmişdir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Korrupsiyaya Qarşı Mübarizə Fondunun və Masallı Şəhər İcra Hakimiyyətinin birgə keçirdiyi tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, rayon məhkəməsinin sədr əvəzi Cahangir Nəsibov və başqaları çıxış edərək korrupsiyanın cəmiyyətə vurduğu ziyandan danışmış, bu ictimai bəla ilə mübarizədə yalnız dövlət orqanları tərəfindən deyil, eyni zamanda xalqın yaxından iştirakı ilə ardıcıl mübarizənin aparılmasının zəruriliyini qeyd etmişlər. Bu işdə aşkarlığı təmin etmək üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]