LAÇINLI ZİYALILAR, İŞ ADAMLARI VƏ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Ağcabədi rayonu ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif elm və təhsil müəssisələrində çalışan laçınlı ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələrinin görüşü keçirilmişdir.
Görüş iştirakçıları əvvəlcə Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar.
Ziyalılar laçınlıların məskunlaşdıqları Taxta körpü adlanan ərazisində 37 nömrəli orta məktəbdə sakinlər və pedaqoji kollektivlə görüşmüşlər.
Görüş iştirakçıları buradakı şəhidlər abidəsinə gül qoyduqdan sonra Laçın Rayon İcra Hakimiyyətində geniş yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov elm, təhsil, səhiyyə, ədəbiyyat sahəsində, dövlət idarəetmə və hüquq-mühafizə orqanlarında çalışan laçınlı ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələrinə rayonun bugünkü durumu haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, bu gün rayon ziyalılarından 2 nəfəri akademik, 9 nəfəri elmlər doktoru, 63 nəfəri elmlər namizədi kimi elmi fəaliyyətlə məşğul olur, 10 nəfəri hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə, 14 nəfəri dövlət idarəetmə orqanlarında çalışır.
R.Cəbrayılov bildirmişdir ki, Prezident İlham Əliyevin 2004-cü il iyulun 1-də təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, son 4 ildə rayonun məcburi köçkün əhalisinin sosial-iqtisadi problemlərinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür.
Dövlət Proqramına uyğun olaraq digər rayonlarda çadır düşərgələrində məskunlaşmış laçınlı məcburi köçkünlər üçün Ağcabədi rayonunun Taxta körpü ərazisində bütün infrastruktura malik 2 qəsəbə salınmış, rayon icra hakimiyyəti, 121 saylı seçki dairəsi dairə seçki komissiyası, YAP-ın rayon təşkilatı, yol istismar idarəsi, suvarma sistemləri idarəsi üçün inzibati binalar, xəstəxana, mədəniyyət evi, rabitə evi, ATS tikilib istifadəyə verilmiş, 100 kilometrdən çox yol, su xətləri, kanallar çəkilmiş, ərazidə 20-dək transformator quraşdırılmışdır.
R.Cəbrayılov bildirmişdir ki, laçınlılar Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəmizin milli maraqlarına uyğun həll olunacağına, doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə inanırlar.
Digər çıxış edənlər də qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlıq etmiş və qarşıdan gələn seçkilərdə hamılıqla İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Yığıncaqda “Muğam televiziya müsbiqəsi-2007”nin iştirakçıları müsabiqəsinin Ehtiram Hüseynov, Şəmsəddin İbrahimov və 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə fəxri fərman və hədiyyələr verilmişdir.
Yığıncaqda ziyalılar işğal altında olan Laçın rayonunda ermənilərin məskunlaşdırılması, tarixi abidələrin məhv edilməsi, yaşayış yerlərinin adının dəyişdirilməsinə etiraz olaraq BMT və ATƏT-in Azərbaycandakı nümayəndəliklərinə ABŞ, Rusiya və Fransanın Bakıdakı səfirliklərinə müraciət qəbul etmişlər.
Yığıncaqda iştirak edən ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]