İQTİSADİYYAT
Lənkəran Elektrik Şəbəkəsində təmir işləri davam etdirilir
Bakı, 2 fevral (AZƏRTAC). Lənkəran Elektrik Şəbəkəsinin obyektlərində ötən il mühüm tədbirlər həyata keçirilmişdır və bu istiqamətdə işlər davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin son üç ayında müəssisənin balansında olan 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətlərində həyata keçirilmiş yenidənqurma və təmir işləri zamanı smartkart tipli sayğacların quraşdırılması üçün bir kilometrə yaxın yeni SİP kabel xətti çəkilmişdir. Eyni zamanda 700 metr uzunluğunda 10 kilovoltluq elektrik verilişi xətləri yenidən qurulmuş, 10 və 0,4 kilovoltluq xətlərin ümumilikdə 13,5 kilometrində əsaslı təmir işləri aparılmışdır.
Həmçinin 4 transformator məntəqəsində yenidənqurma, 23 transformator məntəqəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, ümumi gücü 1,5 MVA-ya yaxın olan 6 transformator əsaslı təmir olunmuşdur.