REGİONLAR
Lənkəranda aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına diqqət artırılmalıdır
Lənkəran, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzi yanında Gənc Alimlər Şurasının Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə keçirdiyi tədbirdə gənclərin aqrar sahəyə baxışı və məktəblilərin bu sahədə biliklərinin artırılması məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Aqrar Elm və İnformasiya Mərkəzinə daxil olan 8 tədqiqat institutunun gənc alimlər şurasının sədrləri çıxış edərək ölkəmizdə aqrar bölmədə son illər əldə olunan uğurlar, bu sahədə həyata keçirilən texnoloji yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, Lənkəranda aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına diqqət artırılmalıdır.
Çıxışlarda, həmçinin qarşıdakı dövrdə aqrar sahədə gənc tədqiqatçıların fəaliyyətinin artırılması məqsədilə onlara metodiki və informasiya dəstəyinin veriləcəyi diqqətə çatdırılıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.